Accessibility links

Hondurasdan daha bir miqrant karvanı Meksikaya keçib


Bu günlər mindən artıq honduraslı Meksika sərhədlərini keçib. Cənub Çiapas ştatını səhər tezdən tərk edən miqrantlar Reuters-ə bildirib ki, onlar bir gün əvvəl mühacirət rəsmilərinin tələb etdiyi qol lentləri taxmadan sərhədi keçib.

"Yollar boş idi. Heç yerdə bizə qolbaq verən olmadı. Yalnız bizə sərhədi keçməyə icazə verdilər"- deyə, iki uşağı və həyat yoldaşı ilə sərhədi keçən 37 yaşlı Marko Antinio Kortez bildirib.

Meksikanın miqrasiya rəsmiləri şərh verməkdən imtina edib.

Bu həftənin əvvəlində Salvador və Hondurasdan daha bir miqrant karvanı Meksikaya çatıb.

Miqrant axını ABŞ-ın mühacirət siyasəti ətrafında debatlara yol açıb.

Prezident Tramp miqrant axınını Meksika sərhədlərində divarın inşasının mühümlüyünə əsas kimi göstərir.

Meksika prezidenti Anders Manuel Lopez Obrador problemə humanitar tərəfdən yanaşmağa çalışır. Bunun müqabilində o, Trampdan regionda iqtisadi inkişafa yardım tələb edir.

XS
SM
MD
LG