Accessibility links

Honq Konqda polislə qəzəbli etirazçılar arasında qarşıdurma olub


Honq Konqda ixtişaş polisi şəhərin fəhlə sinfinin yaşadığı Monq Kok rayonunda qəzəbli etirazçılarla qarşıdurma zamanı havaya xəbərdarlıq atəşi açıb.

Etirazlar polisin Asiyada Yeni İl münasibətilə təntənələr zamanı lisenziyası olmayan ərzaq ticarətçiləri və küçə satıcılarının satışlarına mane olmağa cəhd gəstərməsi ilə başlayıb.

Vəziyyət fəalların ticarətçilərin müdafiəyəsinə qalxması ilə gərginləşib.

Nümayişçilər polisə kərpic, zibil qabları, boş butulkalar və digər əşyalar atıb və küçədə bir neçə yerdə yanğınlar törədib.

Fərqli məlumatlarda 3 nəfərdən 24 nəfərə qədər insanın həbs edildiyi, üç polis zabitinin xəsarət aldığı deyilir.

Bu, 2014-cü ildən bəri Çin ərazisində baş vermis ən zorakı qarşıdurma hesab edilir. O zaman polis Pekindən siyasi azadlıq tələbi ilə nümayiş keçirən demokratiya tərəfdarı fəalları bir neçə həftə zəbt etdikləri Honq Konqun mərkəzi meydanından güc tətbiq etməklə çıxarmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG