Bəşəriyyət bilgilərinin genişlənməsinə xidmət göstərən Habll fəza teleskopu bu il orbitdə 25-ci ildönümünü qeyd edir. Fəaliyyətinin zirvə nöqtəsində olan bu cihaz bizi yaxınlıqdakı planetlər və uzaq qalaksiyalar haqda məlumatlarla təmin edir.
Uçuş uğurlu olmuşdu.
Lakin daha sonra baş verənlər alimlərin gözləntilərini yanıltmışdı. Bunu Habbl layihə alimi Cennefer Vayzman deyir. “Teleskopun güzgüsü səhv yerləşdirilmişdi. Bu, böyük bir fəlakət idi.”
Endover fəza gəmisi ilə avstronavtlar 1993-cü ildə yanlışlığı düzəltmək üçün fəzaya səfər etmişdi. “Bundan sonra mükəmməl şəkillər və məlumat əldə etməyə başladıq.”
Habbl hər 97 dəqiqədən bir planet ətrafında səyahət edir. Yer kürəsi atmosferindən yüksəkdə uçan cihaz günəş sisteminin aydın şəkillərini çəkir. “Habblın çəkdiyi ən məşhur şəkil Qartal dumanlığı adlanır. Bunlar ulduzların formalaşdığı nəhəng qaz sütünlarıdır. Habll buludlar arasından kiçik ulduzların yaranmasını müşahidə etmək qabiliyyətinə malikdir.”
Habbl ulduzların yaranması və evolyusiya prosesini müşahidə edir. Bu,13.8 milyard yaşı olan bəşəriyyətin böyüdüyününün sübutudur. Teleskop qara dəliklərin də mövcudluğunu sübut edir. “Habbl digər qalaksiyaların mərkəzlərindəki qazların hərəkətini, onların yerdəyişməsini qeydə alır. Qazlar özəyin nəhərg qara dəlikləri üzərində olur.”
Habbl həm də ulduz yığınlarının fəaliyyətini müşahidə etməklə alimlərə misilsiz imkanlar açır.
ABŞ-ın fəza gəmiləri son 25 ildə 5 dəfə Habbla bağlanaraq, onun təkmilləşdirilməsi və təmirlərini həyata keçirib.
Proqramın müddəti başa çatdıqda teleskopa artıq xidmət göstərilməyəcək. O, yalnız öz batareyaları, giroskopu və naviqasiya sistemi ilə hərəkət edəcək.
Alimlər deyir ki, bu fəaliyyətin nə qədər sürəcəyindən asılı olmayaraq, Habbl irsi ən mükəmməl bir irs olaraq qalacaq.
Habble 2018-ci ildə növbəti Ceyms Vebb teleskopunun fəzaya göndərilməsinə qədər orbitdə qalacaq.