Accessibility links

Human Rights Watch Çini insan haqları sahəsində pozuntuları ünvanlamağa çağırıb


Beynəlxaq insan haqlarını müdafiə təşkilatı Human Rights Watch hakimiyyətdə olan Çin Kommunist Partiyasının Mərkəzi komitəsini Pekində dörd gün davam edəcək iclaslar zamanı insan hüquqları sahəsində pozuntuları ünvanlamağa çağırıb.

Təşkilatın direktoru Sofi Riçardson Çin prezidenti və eyni zamanda Çin Kommunist Partiyasının baş katibi olan Si Tsinpinə göndərdiyi məktubda onun rəhbərliyi dövründə hüquq sahəsində mühüm islahatların həyata keçirilməsi prosesinin dayandığını vurğulayıb. O, məktubunda eləcə də dövlətin insanların fundamental hüquqlarını ya pozduğunu, ya da onları müdafiə etmədiyini bildirib.

Sofi Riçardson Çin hökumətinə tövsiyələrini çatdırıb. Bunlar öz baxışlarını dinc yolla ifadə etdiklərinə görə həbs edilən insanların azad edilməsi, Honq Konqla əlaqədar hüquqi baxımdan şübhəli görünən qərarların geri götürülməsi və arbitrar həbslərin bütün formalarının dayandırılmasından ibarətdir.

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin builki iclasının mövzusu “qanunun aliliyi”dir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG