Accessibility links

WiSci düşərgəsinə Azərbaycan, Gürcüstan, Ermənistan və ABŞ-dan qızlar qatılıb


WiSci düşərgəsinə Azərbaycan, Gürcüstan, Ermənistan və ABŞ-dan qızlar qatılıb

WiSci düşərgəsinə Azərbaycan, Gürcüstan, Ermənistan və ABŞ-dan 100 nəfər gənc qız qatılıb. Qızlar mühəndislik, incəsənət, riyaziyyat, texnologiyalar haqqında yeni biliklər əldə edib və liderlik bacarıqlarını inkişaf etdirib. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsində məlumat yayıb.

ABŞ Səfirliyi düşərgədə içtirak etmək üçün Azərbaycandan 15 nəfər iştirakçı seçib. İştirakçılar Sumqait, Yevlax, Lənkəran, Şirvan, İsmayıllı, Zaqatala və Qəbələ şəhərlərindəndir.

Düşərgə avqustun 12-dən 25-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilib. Düşərgədə Elm, Texnologiya, İncəsənət və Riyaziyyat sahəsində ekspert olan şəxslər iştirakçılara liderlik bacarıqlarının inkişafına dair təlimlər keçib. Düşərgə iştirakçıları həmçinin öz icmalarına aid mövzuları işıqlandıracaq layihə üzərində işləyib.

WiSci düşərgəsi ABŞ Dövlət Departamentinin Global Əməkdaşlıq ofisi, Millenum Challenge Korporasiyası, Girl Up, İntel və Google tərəfindən dəstəklənir.

XS
SM
MD
LG