Accessibility links

Hüsnü Mübarəkin məhkəməsində qalmaqal


Bu gün Misirin hakimiyyətdən devrilmiş prezidenti Hüsnü Mübarəkin məhkəmə iclasında hakimin hərəkəti zaldakıları qəzəbləndirib. Belə ki, hakim iğtişaşlar zamanı həlak olanların ailələrini təmsil edən vəkillərin iclasda iştirakına icazə verməyib.

Mübarək və onun müdafiəçilərinə qarşı mülki iddia qaldıran vəkillərin ilk məhkəməyə qatılmasına icazə verilmişdi. Həmin məhkəmədə hakim 85 yaşlı sabiq lider və onun təhəlükəsizlik rəisinə ömürlük həbs hökmü çıxarmışdı.

Ancaq Mübarəkin vəkillərin Apellyasiya şikayətindən sonra hakim məhkəmənin yenidən keçirilməsi qərarı verib.

Xatırladaq ki, 2011-ci ildə Misirdə Hüsün Mübarəkin 30 illik hakimiyyətinə son qoyan kütləvi xalq etirazları zamanı 900-dən çox insan həlak olmuşdu.
XS
SM
MD
LG