Accessibility links

Xərçəng xəstələyini erkən mərhələdə müəyyən etməyin inqilabi metodu [Video]


Xərçəngin erkən mərhələdə müəyyən edilməsi metodu
please wait

No media source currently available

0:00 0:03:01 0:00
Üç il bundan əvvəl televizya aparıçısı Melissa Çartrandda başlayan qeyri-adi ağrı uşaqlıq boynunun çıxarılmasına gətirib çıxardıb.

“Mən serviksin çıxarılması üçün getdim və oyandığımda məndə yumurtalıq xərçəngi olduğunu dedilər. Bir sözlə, mən şokdaydım...”

Bu şokun ardınca dözülməz kimyəvi terapiya başlayıb.

Az sayıda erkən simptomlar verən yumurtalıq xərçəngini aşkar etmək çətindir.

Biomühəndis Vadim Bakmen deyir ki, erkən aşkar etmək tamamilə yeganə çıxış yolu deyil, ancaq ehtimal ki, bu, xərçənglə mübarizə aparıb ona qalib gəlməyin yeganə yoludur.

Milli Elm Fondunun dəstəyi ilə biomühəndis Vadim Bakmen kiçik işıq tutaraq erkən xərçəng xəstəliyini ucuz, daha dəqiq və cüzi müdaxilə ilə aşkar etməyə çalışır.

“Biz toxumanın strukturunu və tərkibini öyrənmək üçün yeni optik texnologiyalar inkişaf etdiririk... Və biz bu texnologiyaları erkən xərçəng xəstəliyinin aşkarlanmasına tətbiq edirik.”

Onlar yeni mikroskop növündən istifadə edirlər. Elm sahəsinin bu hissəsi bio-fotonik adlanır.

Bakmenin komandası firçadan istifadə edərək yanaq hüceyrələrinin toplanmasını nümayiş etdirir.

Onlar daha sonra toplanmış hüceyrələrə işıq salır.

Fotonlar sağlam və ya qeyri-sağlam olmalarına görə fərqli bucaqlar altında sıçrayırlar.
Proses o qədər həssasdır ki, hətta bədənin hər hansi yerində baş verə biləcək hiss edilməyən anormallıqları da müəyyən edir.

“Biz xərçəngdən əvvəl hüceyrələrdə dəyişikliklər görürük. Əgər siz hüceyrələrə mikroskop altında baxsanız fərgi görə bilməzsiz.”

Dr. Hemant Roy bu nümunəni halhazırda bio-fotonikləri istifadə edərək erkən ağciyər xərçəngini müayinə etmək üçün agızdakı toxumalar üzərində tibbi sınaqları nümayiş etdirir.

“Bu nümunəni biz təxminən iki yüz xəstədə istifadə etmişik. 90 faiz dəqiqlik var.”

Bakmen tezliklə yumurtalıq xərçənginin əlaməti olan uşaqlıq hüceyrələrini yoxlayacaq yeni tibbi ekspermentə başçılıq edəcək. Melissa Çartrand buna görə çox minnətdar olardı.

“Əgər əvvəldən müəyyən edən alət və ya erkən diaqnoz mümkün olsaydı, bəlkə də bu məşəqqətlərdən keçməli olmazdım.”

İşıqdan istifadə bir gün həyatları xilas edəcək.
XS
SM
MD
LG