Accessibility links

İdlib 21-ci əsrin ən dəhşətli faciəsinə çevrilə bilər


İdlib 21-ci əsrin ən dəhşətli faciəsinə çevrilə bilər
please wait

No media source currently available

0:00 0:01:37 0:00

İdlib 21-ci əsrin ən dəhşətli faciəsinə çevrilə bilər

Suriya prezidenti Bəşər Əl-Əsəd qüvvələrinə İdlib vilayətinə hücum zamanı xlor qazı da daxil edilməklə, kimyəvi silahlardan istifadə etməyə icazə verib. Bu haqda “The Wall Street Journal” qəzeti Amerika kəşfiyyatındakı mənbələrə istinadən yazır.

Birləşmiş Ştatların müdafiə nazirliyi, kimyəvi silah tətbiq edərsə, Suriya hökumətinə qarşı cavab tədbirlərini hazırlayır. Prezidenti Donald Tramp hələlik buna reaksiya verməyib. Eyni zamanda Dəməşqlə ittifaq halında olan Rusiya və İran hərbçilərinə zərbələr endirməyə də qərar verilməyib.

Hüquq müdafiəçiləri son 3 gündə Suriyada onlarla dinc sakinin həlak olduğunu bildirir. Onların arasında uşaqlar da var. Üç xəstəxana, iki mülki müdafiə mərkəzi dağıdılıb, minlərlə adam tibbi yardımsız qalıb.

Birləşmiş Millətlər Təşkilatının yardım qrupunun rəsmisi deyib ki, yardım agentlikləri Suriya və Rusiyanın İdlibə edəcəyi mümkün hücumuna hazırlaşır. Bu hücum 21-ci əsrin ən dəhşətli humanitar faciəsinə çevrilə bilər və bunu qarşısı alınmalıdır.

BMT-nin fövqəladə hallar üzrə koordinatoru Mark Lovkuk qeyd edib ki, üsyançılar tərəfindən nəzarət edilən ərazidə yaşayan 2,9 milyon əhalinin təxminən 800,000-dən çoxu döyüşlər səbəbindən köç etmək məcburiyyətində qala bilər.

BMT bildirib ki, Suriya hökuməti və onun müttəfiqləri olan Rusiya və İran İdlibdə təxminən 10 min terrorçunu məğlub etmək əzmi ilə orada yaşayan milyonlarla insanın ölümünə gətirib çıxara biləcək mümkün qətliam arasında götür-qoy etməlidir.

XS
SM
MD
LG