Accessibility links

İfa etməkdən çəkinən musiqiçinin alətləri oxuyur


Piano kökləməklə arzusuna yaxın olmaq istəyən musiqiçi
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Piano kökləməklə arzusuna yaxın olmaq istəyən musiqiçi

Rodni Batler 30 ildir ki, piano kökləyir. Son on ildir o, Vaşinqtonda yerləşən Kennedi Mərkəzində ABŞ-ın Milli Simfonik orkestrinin gözəgörünməyən, lakin əvəzedilməz üzv olaraq işləyib.

Böyüdüyü zaman Rodni musiqiçi olmağı arzu edib, lakin səhnədən qorxmağı onu bu arzuya son qoymağa vadar edib. Lakin Rodni musiqini təmamilə atmayıb, o, piano studiyasına sahib olan qardaşlarına kömək etməyi qərara alıb.

"Mən piano kökləməyin harmoniyaya təsirini dərk etdim. Əlbəttə, mən həmişə cazz musiqisinin vurğunu olmuşam və 16 yaşımda olanda bu iki sahəyə olan maraq vəhdət halina aldı. Mənim qardaşım Rik mənə piano kökləmək kursu kitabını verdi, bu böyük kitab idi. O zaman mən bütün günü evdə vaxtımı piano kənarında onu kökləməyi məşq edərək keçirirdim.", deyə Rodni Batler söyləyir.

Rodni tək işləməyə üstünlük verir. O bildirir ki, bu cür o, aləti daha yaxşı başa düşür. O daha çox Kennedi Mərkəzində 7 ədəd olan Steinway pianoları ilə işləyir. Bu pianoların hər birinin qiyməti yüz minlərlə dollardır.

Batler deyir ki, bu pianolar xaricən eyni görünsə də, hər alət unikaldır. Hər biri işlədiyi musiqiçi kimi müxtəlif səsə malikdir. Bu musiqiçilər arasında Rusiya mənşəli Amerika pianoçusu Kirill Qersteyn Batlerə daha çox təəssürat bağışlayıb.

Rodni deyir ki, o Kirilldən çox şey öyrənib. Kirill pianoya etiraz etmirdi, lakin onun istədiyi kimi köklənməsini istəyib. O Rodniyə onun nə cür kökləmək istədiyini göstərib. 20 dəqiqənin içində Rodni pianoya dəyişikliklər edib. Bu heyrətamiz idi, Rodni Kirill üçün bir qədər piano çalıb. Kirill onun musiqi ilə maraqlandığını bilib. Onun piano mexanizmləri ilə maraqlanması və bunu Rodni ilə əlaqələndirməsi onun üçün çox sevindirici olub. Bu Rodni üçün unudulmaz təcrübə olub.

Batler heç zaman öz uşaqlıq arzusunu reallığa çevirə bilməsə də, hadisələrin belə cərəyan etməsindən məmnun olduğunu bildirir.

"Xöşbəxtlikdən, piano köklənməsi işi ilə həyatımda olan bir çox boşluqları doldura bildiyimə görə məndə bir əminlik yarandı. Bu iş mənə Kennedi Mərkəzindəki işimə kreativ yanaşmaq imkanı verir. İnsanlar qarşısına çıxıb ifa etmək çətin olsa da, mən çox asan musiqiçi və kreativ ola bilərəm.", deyə Rodni Batler deyir.

Batlerin köklədiyi musiqi alətlərinin ifaçıları onun öz kökləmə üsulu olduğunu bildirirlər. Öz işini yaxşı etdiyini bilmək üçün onun tamaşaçıların alqışlarını eşitməsi vacib deyil.

XS
SM
MD
LG