Accessibility links

İlham Əliyev ABŞ-ın müdafiə nazirinin müşaviri ilə görüşüb


İlham Əliyev ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib

“Müdafiə sahəsində əməkdaşlıq məmnunluq doğurur”.

Bu barədə prezident İlham Əliyev dekabrın 4-də ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuperlə görüşündə bildirib.

Dövlət başçısı enerji təhlükəsizliyi məsələlərinin də ikitərəfli münasibətlərin inkişafında böyük önəm daşıdığını bildirib.

“Bu baxımdan ABŞ hökumətinin və şəxsən ABŞ prezidentinin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi yüksək qiymətləndirirəm”, o qeyd edib.

Dövlət başçısı NATO çərçivəsində də əlaqələrin inkişafından məmnunluğunu bildirib.

Prezident qeyd edib ki, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda ölkəsinin iştirakı və orada Qətiyyətli Dəstək Missiyasında hərbçilərin sayının artırılması Azərbaycanın bu ölkədə ümumi sülhyaratma səylərinə verdiyi töhfəsini nümayiş etdirir.

Azərbaycana səfərim ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinin davam etdirilməsi məqsədini daşıyır.
Laura Kuper

Əliyev ölkəsinin həmçinin ikitərəfli əsasda da Əfqanıstanda həyata keçirilən quruculuq və yenidənqurma işlərinə öz töhfəsini, xüsusilə “ASAN xidmət” təcrübəsinin Əfqanıstanda tətbiqinə dəstək verdiyini bildirib.

“Azərbaycana səfərim ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinin davam etdirilməsi məqsədini daşıyır”. Bu sözlərlə səfərinin məqsədinə toxunan ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuper qeyd edib ki, ABŞ-ın rəhbərliyi Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir.

Xanım Kuper Azərbaycanla ABŞ arasında terrorizm, kütləvi qırğın silahları və narkotik maddələrin yayılmasının qarşısının alınması, ümumilikdə, təhlükəsizlik sahəsində əməkdaşlığı, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhyaratma missiyasına dəstəyini və tranzit daşımaları üçün yaratdığı imkanları yüksək qiymətləndirib.

Xəbəri Azərbaycan prezidentinin rəsmi internet saytı yayıb.

Xanın Kuper ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun oktyabrın 24-də Azərbaycana səfərindən sonra Bakıya gəlib.

XS
SM
MD
LG