Accessibility links

İndoneziyada daha bir güclü zəlzələ


Cümə axşamı İndoneziyanın Lombok adası və ona qonşu Bali adasında 6,2 bal gücündə zəlzələ baş verib. Bazar günü bu regionda baş vermis və 300-dən artıq insanın həlak olması ilə nəticələnmiş zəlzələdən sonra insanlar arasında təlaş yaranıb.

Bazar günü İndoneziyanın Lombok adasında baş vermis dəhşətli zəlzələdə ölənlərin sayı artaraq 347-yə çatıb.

Rəsmilərin bildirdiyinə görə, yeraltı təkanların episentri quruda olub və heç bir sunami təklükəsi müşahidə olunmur.

Dövlət xəbər agentliyi “Antara news”un verdiyi məlumata görə, bazar günü İndoneziyanın Lombok adasında baş vermis dəhşətli zəlzələdə ölənlərin sayı artaraq, 347-yə çatıb.
Təbii Fəlakətlərin Azaldılması Agentliyinin sözçüsü xəbər agentliyinə bildirib ki, çərşənbə günü 1447 nəfər xəsarət alıb, 165 mindən artıq insan təhlükəsiz ərazilərə köçürülüb.

Xəbər agentliyinin verdiyi məlumata əsasən, ölənlərin əksəriyyəti adanın şimal Kayanqan bölgəsindəndir.

Zəlzələ səbəbi ilə təcrid olunmuş ərazilərdən məlumatlar gəldikcə xəsarət alanların sayı artır. Yeraltı təkanlar qonşu Gili adalarında, eləcə də Bali, Sumbava və Şərqi Yavada da hiss olunub.

Çərşənbə axşamı hökümətin verdiyi məlumata görə, şimalı Lombokda binaların 80 faizi zəlzələ nəticəsində dağılıb
Çərşənbə axşamı hökümətin verdiyi məlumata görə, şimalı Lombokda binaların 80 faizi zəlzələ nəticəsində dağılıb

Çərşənbə axşamı hökümətin verdiyi məlumata görə, Lombokun şimalında binaların 80 faizi zəlzələ nəticəsində dağılıb.

Lombok və Gili adalarından minlərlə turist evakuasiya olunub.

Ötən həftə Lombokda 6.4 bal gücündə zəlzələ 17 nəfərin ölümünə səbəb olub, minlərlə evə ziyan vurub.

Təbii Fəlakətlərin Azaldılması Agentliyinin sözçüsü bildirib ki, axtarış-xilasetmə qruplarının zəlzələnin təsirinə daha çox məruz qalmış bölgələrə çatıb, zərər çəkmiş insanları dağıntılar arasında axtarmağa başlaması ilə ölənlərin sayının artacağı gözlənilir.

Keçən həftə Lombokdakı 6.4 bal gücündə zəlzələ 17 nəfərin ölümünə səbəb olub, minlərlə evə ziyan vurub.

Bali kimi Lombok da çimərlikləri və dağları ilə tanınır.

Sakit okeanı hövzəsindəki "Alov Halqası" ərazisində yerləşən İndoneziya vulkan arkaları və laylar üzərində yerləşməsi səbəbi ilə İndoneziya zəlzələlərə meyllidir.

2004-cü ilin dekabrında Sumatra adasında 9,1 bal gücündə zəlzələ baş vermiş, müxtəlif ölkələrdən də olmaqla, 230 min insan həlak olmuşdu.

XS
SM
MD
LG