Accessibility links

İndoneziyada qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb


İndoneziyanın nəqliyyat naziri cümə axşamı bildirib ki, dalğıclar bu həftə Cakartadan havaya qalxdıqdan dəqiqələr sonra içərisində 189 nəfərlə Yava dənizinə düşən Lion Air təyyarəsinin qara qutusunu tapıb.

Dalğıclar müxbirlərə bildirib ki, onlar təyyarənin iki qara qutusundan birini dəniz yatağından çıxarıb.

“Biz Nəqliyyat Təhlükəsizliyi komitəsinə işini görməyə imkan verəcəyik və Boeing-dən qəzanın səbəbini anlamaq üçün lazım olan kriteriyanı müəyyən etməyə yardım etmələrini istəmişik” – deyə, İndoneziyanın nəqliyyat naziri Budi Karya Sumadi bildirib.

Müstəntiqlər dənizdən çıxarılan qara qutu və kokpitdəki səsləri qeydə alan cihaz, eləcə də təyyarə parçalarının Lion Air-ə məxsus demək olar yeni Boeing 737 MAX 8 təyyarəsinin qəzaya uğramasının səbəbini izah etməyə yardım edəcək.

Artıq 20-dən çox cəsəd, bundan əlavə sərnişinlərin şəxsi əşyaları və təyyarənin bəzi parçaları tapılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG