Accessibility links

İranın Nəzarət Şurası seçkilərdə 7 nəfərin namizədliyini təsdiqləyib


İranın seçkilərə nəzarət edən qurumu bəzi tanınmış namizədləri diskvalifikasiya etdikdən sonra ölkədə iyunun 18-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün ədliyyə sisteminin rəhbəri İbrahim Rəisi də daxil olmaqla, yeddi namizədin adını təsdiqləyib.

Seçkilərdə iştirakına Nəzarət Şurası tərəfindən icazə verilən Rəisi ən çox tanınan namizədlər arasındadır və Ali ruhani lider Ayətulla Əli Xameneyinin yaxın müttəfiqidir.

Dövlət televiziyası digər namizədlər arasında keçmiş nüvə müzakirəçisi Səid Cəlili, İnqilab Keşikçilərinin keçmiş komandiri Möhsün Rezayi, keçmiş millət vəkili Əli Rza Zəkani, millət vəkili Əmir Hüseyni Qazizadə, keçmiş vilayət valisi Möhsün Mehralızadə və İran Mərkəzi Bankının hazırkı başçısı Əbdülnasir Hemmatinin də olduğunu bildirib.

Şura prezident Həsən Ruhaninin müttəfiqi, mühafizəkarlardan olan keçmiş parlament sədri Əli Laricaninin namizədliyini irəli sürməsini qadağan edib.

Eyni zamanda şura praqmatist birinci vitse-prezident Eşhaq Cahangir və keçmiş prezident Mahmud Əhmədinejadı da diskvalifikasiya edib.

Son illər sərt xətt tərəfdarı imicini daha mərkəzçi bir namizədə çevirməyə çalışan Əhmədinejad hökuməti səhv idarəetmədə tənqid edib.

2017-ci ildə ölkənin ali ruhanı lideri Ayətulla Əli Xameneyinin
Holokostu inkar edən Əhmədinejadın prezidentliyə namizədliyinə qadağa qoymasına baxmayaraq, o həmin vaxt da qeydiyyatdan keçmişdi. Konstitusiyaya nəzarət edən Nəzarət Şurası nəticədə onu diskvalifikasiya etmişdi.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG