Accessibility links

İran ölkədə saxlanılan fransız vətəndaşa qarşı casusluq ittihamını təsdiqləyib


Benjamin Brier

İran prokurorları İslam respublikasında saxlanılan fransalı bir kişinin “casusluq və sistemə qarşı təxribat” ittihamı ilə məhkəmə qarşısında çıxarılacağını təsdiq edib. Bu barədə bazar günü saxlanılan şəxsin vəkili AFP-yə məlumat verib.

1985-ci il təvəllüdlü Benjamin Brier 2020-ci ilin mayında, deyilənə görə, qadağan olunmuş ərazidə dron uçurduğuna və şəkillər çəkdiyinə görə həbs olunub.

İranda casusluğa görə ölüm cəzası tətbiq oluna bilər, “sistemə qarşı təxribat” ittihamına görə isə üç ay ilə bir il arası həbs cəzası verilə bilər.

İranda saxlanılan başqa bir Fransa vətəndaşını təmsil edən Vvəkil Səid Dengah AFP-yə bildirib ki, istintaq başa çatıb və ittihamçılar ittihamları təsdiqləyib.

“İttihamçı hökmü hazırlayır və ədliyyə prosesinin davam etməsi isə üçün onu inqilab məhkəməsinə yollayır,” Dengah deyib.

İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində saxlanılan Brier həmçinin “yer üzündə korrupsiya” ittihamı ilə üzləşirdi ki, bu İran qanunu altında ən ciddi qanun pozuntusudur. O həm də alkoqol içməkdə ittiham olunurdu və buna da şaqqal cəzası tətbiq olunur. Amma həmin ittihamlar istintaqdan sonra qaldırılıb.

Bu açıqlama Brierin bacısı Blandin Brierin açıq məktubu Fransanın həftəlik Le Pointe jurnalında dərc olunandan sonraya təsadüf edib. Həmin məktubda Blandin Brier Fransa Prezidenti Emmanuel Makronu qardaşının azadlığa buraxılması üçün təzyiq göstərməyə çağırıb.

O deyib ki, ittihamlar “əsassızdır” və Brier “danışıq predmenti”nə çevrilib.

Mart ayında Fransa xarici işlər nazirliyinin sözçüsü deyib ki, Brierə konsulluq dəstəyi verilir və Tehrandakı səfirliyin onunla “mütəmadi əlaqədədir.”

İranda xarici vətəndaşların, xüsusilə də ikili vətəndaşlığı olan insanların həbsi və casusluqda ittiham olunması ABŞ-ın sabiq prezidenti Donlad Trampın 2018-ci ildə Bİrləşmiş Ştatları təktərəfli olaraq İranla nüvə sazişindən geri çəkməsindən və Tehrana sərt sanksiyalar tətbiq etməsindən sonra artıb.

Şərhlərə bax

XS
SM
MD
LG