Accessibility links

İran Beynəlxalq Məhkəməyə müraciət edib


İran iqtisadiyyatına dəydiyi zərəri qeyd edərək, bazar ertəsi Beynəlxalq Ədalət Məhkəməsinə ABŞ-dan Tehrana qarşı 1955-ci ildəki dostluq müqaviləsinin pozulması olduğunu iddia etdiyi sanksiyaları aradan qaldırmasını tələb etməsi ilə bağlı müraciət edib. Lakin Beynəlxalq Məhkəmənin hökm çıxarması aylar sürə bilər.

Bu, İran parlamentinin ölkənin iqtisadi əlaqələr və maliyyə nazirini ciddi iqtisadi böhranla əlaqədar vəzifədən uzaqlaşdırmasından bir gün sonra baş verib.

Eyni zamanda, bazar günü İranın müdafiə naziri Əmir Hatəmi Dəməşq şəhərində ABŞ, İsrail və sünni ərəb ölkələrinin İrandan ölkəni tərk etməsi tələblərinə baxmayaraq, yeddi il davam edən münaqişə bitdikdən sonra Suriyanın yenidən qurulmasına kömək edəcəyinə söz edib.

İranda inflyasiya artıq ikirəqəmli səviyyəyə çatıb, işsizlik səviyyəsi isə 12 faizdən artıq, gənc əhali arasında isə bundan da yüksəkdir. İranın milli valyutası rial aprel ayından öz dəyərini yarıdan çox itirib. Son zamanlar ondan çox böyük və kiçik şəhərlərdə baş verən ara-sıra etirazlar zamanı 25 nəfər öldürülüb və mindən çox şəxs həbs olunub.

XS
SM
MD
LG