Accessibility links

İran parlament seçkilərinin vilayət bazasında keçirilməsi müzakirə edilir


İranın İslami Şura Məclisi bundan sonra parlament seçkilərinin vilayətlər bazasında keçirələcəyinə dair təcili layihəni qəbul edib.

Layihə yekun mərhələdə təsdiq edilsə, gələcək seçkilərdə millət vəkili namizədləri artıq seçkilərdə şəhərləri deyil, vilayətləri təmsil etmək üçün yarışacaqlar.

Bu barədə məlumat yayan İran Parlamentinin mətbuat orqanı “Millətin Evi” xəbər agentliyi layihənin lehinə və əleyhinə səs verən bir neçə millət vəkilinin fikirlərini dərc edib.

Müəyyən şəhərlərdə millət vəkili ilə təmsil oluna bilən, amma tərkibində olduqları vilayətdə azlıq təşkil edən etnik icmalara mənsub siyasətçilər layihənin kiçik şəhərlərə zərər verəcəyini önə çəkirlər.

Seçkilərin vilayət təməlində keçirilməsini dəstəkləyən Təbriz millət vəkili Şəhabəddin Bimiqdar deyib ki, millət vəkillərinin vilayət bazasında seçilməsi parlamentin “milliləşməsinə” yol açacaqdır.

Marağa millət vəkili Əli Cəlili Şişvan və Əhər şəhərinin vəkili Beytullah Abdullahi də seçkilərin vilayətlər bazasında keçirilməsini müsbət dəyərləndiriblər.

İranda müxtəlif dini və etnik icmaların seçkilər qanununun dəyişdirilməsinə dair münasibətləri yaşadıqları bölgəyə görə dəyişir.

Müəyyən şəhərlərdə millət vəkili ilə təmsil oluna bilən, amma tərkibində olduqları vilayətdə azlıq təşkil edən etnik icmalara mənsub siyasətçilər layihənin kiçik şəhərlərə zərər verəcəyini önə çəkirlər.

XS
SM
MD
LG