Accessibility links

İran prezidenti: ABŞ-ı yaxından izləyirik, amma münaqişə başlatmayacağıq


İran prezidenti Həsən Ruhani

İran prezidenti Həsən Ruhani şənbə günü deyib ki, Tehran ABŞ-ın fəaliyyətini yaxından izləyir, amma heç vaxt regionda münaqişə başlatmayacaq.

Ruhani bunu Qətərin əmiri Şeyx Təmim bin Həmad əl-Tani ilə telefon danışığı zamanı söyləyib. Bu barədə İranın dövlət mediası xəbər verib. Onun bu sözləri Vaşinqtonla Tehran arasında gərginliyin artdığı vaxta təsadüf edib.

“İran İslam Respublikası Amerikanın fəaliyyətini və hərəkətlərini yaxından izləyir, amma heç vaxt regionda gərginlik və ya münaqişə başladan tərəf olmayacaq,” Ruhaninin müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə etdiyi telefon danışığı zaman söylədiyi deyilir.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü ABŞ Donanmasına İran Körfəzində onları təhdid edən hər hansı İran gəmisinə atəş açmasına dair göstəriş verib.

ABŞ ordusu bu ayın əvvəli İnqilab Keşikçiləri Korpusunun 11 gəmisinin İran Körfəzində ABŞ Donanması və Sahil Mühafizə xidmətinin gəmilərinə yaxınlaşdığını bildirib və onların bu addımlarını “təhlükəli və təxribatçı”adlandırıb.

Tehran insidentə görə ABŞ-ı günahlandırıb.

XS
SM
MD
LG