Accessibility links

İran prokuroru Ukrayna təyyarəsinin vurulmasına görə 10 nəfərin ittiham olunduğunu açıqlayıb


Prokurorların bildirdiyinə görə, 2020-ci ildə 176 nəfərin ölümünə səbəb olan Ukrayna sərnişin təyyarəsinin hərbi qüvvələr tərəfindən vurulmasına görə İranda 10 məmur ittiham olunur. Bu açıqlama Tehranın dünya qüdrətləri ilə nüvə razılaşması ilə əlaqədar Qərblə çoxtərəfli danışıqlara başladığı bir vaxt verilib.

Bu açıqlama İranın ötən ay Ukrayna Beynəlxalq Hava Yollarının PS752 saylı uçuşunu yerinə yetirən təyyarəsinin insan səhvi nəticəsində vurulduğu, lakin hadisəyə görə məsuliyyət daşıyanların heç birinin adınının açıqlanmadığını yekun hesabatını açıqlaması ilə əlaqədar beynəlxalq tənqidlərlə qarşılaşmasından sonraya təsadüf edir.

Tehranın hərbi prokuroru Qulamabbas Torki də çərşənbə axşamı ittiham aktını elan edərkən vəzifəsini Naser Seraca təhvil verdiyi zaman məsuliyyət daşıyanların adlarını çəkməyib. Onun açıqlaması yarı-rəsmi ISNA xəbər agentliyi və İranın ədliyyə sisteminin Mizan xəbər agentliyi yayımlayıb.

"Ukrayna təyyarəsi ilə bağlı iddianamə çıxarılıb, ciddi və dəqiq araşdırma aparılıb və günahı olan 10 nəfər üçün ittiham aktları tərtib olunub" - deyə, Mizan agentliyi Torkiyə istinadən xəbər verib.

2020-ci ilin yanvarında üç gün inkar etdikdən sonra ciddi dəlillər qarşısında İran İnqilab Keşikçilərinin səhvən Ukrayna təyyarəsini iki yer-hava tipli raket ilə vurduğunu etiraf etmişdi. Ötən il fəlakətlə əlaqədar ilkin hesabatlarda İran rəsmiləri Boeing 737-800 ilə Amerika raketini səhv salan hava hücumundan müdafiə operatorunu günahlandırmışdı.

Raket zərbəsi İranın yüksək rütbəli generalın ölümünə səbəb olan ABŞ-ın dron hücumuna cavab olaraq, İraqda ABŞ əsgərlərinə qarşı ballistik raket hücumunu həyata keçirdiyi gün baş vermişdi.

XS
SM
MD
LG