Accessibility links

İran sərnişin təyyarəsini vurduğunu etiraf etdi


Ukrayna təyyarəsi İmam Xomeyni aeroportundan səmaya qalxdıqdan iki dəqiqə sonra vurulub.

İran nəhayət ki, Ukrayna sərnişin təyyarəsini raketlə vurduğunu etiraf edib.

Tehran civarında vurulan təyyarədə 176 sərnişin var idi ki, onlardan heç kəs sağ qalmayıb.

Şənbə günü verdiyi açıqlamada İran hökuməti təyyarənn səhvən vurulduğunu və bunun “insan xətası” ilə əlaqədar olduğunu bildirib.

İranın xarici işlər naziri Cavad Zərif bununla belə İran hərbçilərinin törətdiyi hücuma görə ABŞ "avantürizmini" günahlandırıb.

Ukrayna təyyarəsinin vurulması İranın İraqda qərargahlanan ABŞ qüvvələrinə ballistik raket hücumundan bir neçə saat sonra baş verib. Tehran bu hücumu Qüds Korpusunun komandanı Qasım Süleymaninin öldürülməsinə qisas cavabı olduğunu bildirmişdi.

İranın hücumu zamanı heç bir ABŞ əsgəri xəsarət almayıb.

Bir neçə gün idi ki, ABŞ və Kanada kəşfiyyatçılarının dediklərinə zidd olaraq İslam Respublikası təyyarəni vurduğunu inkar edirdi.

Hərbi ekspertlər təyyarənin Rusiya istehsallı raketlə vurulduğunu güman edir.

Təyyarə vurulan vaxt Ukrayna paytaxtı Kyivə uçurdu.

Şərhlərə bax

XS
SM
MD
LG