Accessibility links

İran tankeri karqosunu satdı


İrannın bildirdiyinə görə, Birləşmiş Ştatlarla böyük bir diplomatik mübahisənin mərkəzində olan neft tankeri öz yükünü satıb.

İRNA xəbər agentliyi İran xarici işlər nazirliyinin sözçüsü Abbas Musəviyə istinadən “Adrian Dərya”nın Aralıq dənizi sahilinə yan alaraq yükünü orada boşaltdığını bildirib. Musəvi həmin ölkə ilə bağlı ətraflı məlumat verməyib.

6 həftə saxlanılan tanker zəmanət müqabilində sərbəst buraxılmışdı.


Qaranlığa qərd olmuş tankerin şəkilləri keçən həftə Suriyanın sahilində peyk tərəfindən çəkilib.

Avropa Birliyinin Suriyaya neft satışına qarşı sanksiyalarını pozmaqda şübhəli bildikdən sonra “Adrian Dərya” gəmisi Cəbəllütariqdə Britaniya dəniz piyadaları tərəfindən ələ keçirilmişdi.

6 həftə Britaniya ərazisində saxlanan tanker Avropa Birliyinin sanksiyaları ilə üzləşən heç bir ölkəyə yük boşaltmayacağına dair zəmanət vedikdən sonra sərbəst buraxılmışdı.

İran katerləri Stena Impero gəmisini ələ keçirərək onu Bəndər Abbas limanına gətiriblər.
İran katerləri Stena Impero gəmisini ələ keçirərək onu Bəndər Abbas limanına gətiriblər.

Bazar günü Musəvi İran tərəfindən ələ keçirilən Britaniya bayrağı altındakı “Stena Impero” tankerinin tezliklə sərbəst buraxılacağına işarə edib.

Tankerlərin saxlanması Tehran və Qərb qüdrətləri arasında gərginliklərin eskalasiyasına səbəb olub.

Bu insidentlər qismən ABŞ prezidenti Donald Trampın ölkəsini 2015-ci ildə əl də olunmuş nüvə anlaşmasından çıxarmasından qaynaqlanır. Bu addımın ardınca Tramp administrasiyası İrana çökdürücü sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG