Accessibility links

İranda qaz kəməri partlayıb- Ölənlər var


İranın cənub-qərbi Xuzestan vilayətində qaz kəməri partlayıb, azı dörd nəfər həlak olub.

Hadisə martın 14-də vilayətin paytaxtı Əhvaz ilə Mahşəhr şəhəri arasındakı kəmərdə baş verib.

Yerli rəsmi Kiamərs Hacizadə partlayışın qaz sızmasından baş verdiyini bildirib.

Bir uşaq və bir qadın daxil olmaqla, azı dörd nəfər ölüb, beş nəfər yaralanıb.

Dövlət televiziyasının məlumatına görə, hadisə yerində olan beş maşın partlayışdan alışıb, əraziyə yanğınsöndürənlər, təcili yardım maşınları gedib.

Yanğınsöndürən briqadasının sözçüsü ISNA agentliyinə deyib ki, yanğını söndürə biliblər, amma ölü və yaralıların dəqiq sayı bəlli deyil.

İranda infrastruktur köhnəlib. İllər boyu Qərbin sanksiyaları altında olsa da, onu işlək vəziyyətdə saxlamağa çalışılır. İranda təhlükəsizlik qaydalarına da zəif əməl olunur.

2018-ci ilin avqustunda Tehranda idman kompleksində qaz partlayışında azı üç fəhlə həlak olmuşdu.

XS
SM
MD
LG