Accessibility links

İranda siyasi məhbusların virus təhlükəsi ilə qarşılaşması dərin narahatlıq doğurur


İran həbsxanalarında koronavirusa yoluxma riskinin qarşısını almaq məqsədilə müvəqqəti olaraq sərbəst buraxılmaları tələbi ilə müraciət edən siyasi və təhlükəsizlik cinayətlərinə görə həbs edildikləri iddia edilən məhbuslar və onların yaxınlarının narahatlıqları getdikcə artır.

İranın Səhiyyə Nazirliyi çərşənbə axşamı koronavirus (COVID-19) xəstəliyinə yoluxanların sayının 2336-ya çatdığını təsdiqləyib ki, bu da əvvəlki günlə müqayisədə 50% çox deməkdir. Nazirlik virusa yoluxan daha 11 nəfərin öldüyünü, bununla İranda ölənlərin sayının 77-ə çatdığını və bunun dekabr ayında Çindən kənarda ən yüksək olduğunu bildirib.

İran rəsmiləri həbsxanalarda koronavirus halları olduğunu təsdiqləməyib. Lakin son günlər insan haqları müdafiəçiləri iranlıların və İran əsilli ikili vətəndaşlığı olan bəzi siyasi və təhlükəsizlik cinayətlərinə görə həbs olunduğu deyilən şəxslərin saxlandığı bir neçə böyük həbsxanada xəstəlik hallarının olduğunu bildirib.

Çərşənbə axşamı televiziya ilə çıxışında İranın ədliyyə nazirliyinin sözçüsü Qulamhüseyin İsmaili rəsmiərin virus testlərinin nəticələri mənfi olan 54 min məhbusu müvəqqəti azad etdiyini deyib. Lakin onların 5 ildən çox həbs cəzası alan "təhlükəsizlik" məhbuslarını azad etməkdən imtina etdiklərini bildirib. O, hökumətin həmin məhbusların bəzilərinə bu qaydadan istisna edə biləcəklərini desə də, lakin onların adlarını açıqlamayıb.

Tehranın Evin həbsxanasında təhlükəsizliklə əlaqədar cinayətlərə görə altı illik həbs cəzası çəkən ekoloq Sam Rəcəbinin bacısı Almaniyanın Düsseldorf şəhərindən Amerikanın Səsinin Fars şöbəsinə göndərdiyi səsli mesajında İran hökumətinin 5 ildən çox həbs cəzası alan "təhlükəsizlik" məhbuslarını istisna etmək siyasətini tənqid edib.

"Virus insanlara yoluxuqda onların həbs cəzalarının nə olduğunu bilmir" - deyə, Keti Rəcəbi çərşənbə axşamı Fars şöbəsinin dəyirmi masa söhbətində yayımlanan mesajında bildirib.

Rəcəbi bu yaxınlarda qardaşı ilə telefonla danışdığını və onun baş ağrısı keçirdiyini, lakin özünü daha yaxşı hiss etdiyini sölədiyini deyib. Lakin o, Sem Rəcəbi və 2018-ci ildən bəri həbsdə saxlanıldıqdan sonra keçən ay uzunmüddətli həbs cəzasına məhkum edilən 7 ətraf mühit fəalının yoluxma riskindən narahatlığını bildirib.

Şənbə günü 2016-cı ildən bəri İranda həbsdə olan İran əsilli Nazənin Zəghari-Ratkliffnin Britaniyada yaşayan həyat yoldaşı onun xəstə olduğunu öyrəndiyini və Evin həbsxanasında virusa yoluxduğundan narahat olduğunu bildirib.

XS
SM
MD
LG