Accessibility links

İran hakimiyyət orqanları bu günlərdə edam edilmiş sufinin yanlış olaraq məhkum edildiyini deyən vəkili “yalan yaymaqda” ittiham edərək, həbs edib. Sufi üç polis nəfərini öldürməkdə ittiham olunurdu.

Yarırəsmi Fars agentliyi iyunun 20-də bildirib ki, Zeynəb Taherinin həbsi üçün order o, “yanlış bəyanatlar” verdikdən və sosial mediada Məhəmməd Salasın təqsirsizliyi barədə “saxta bəyanatlar” yaydıqdan sonra verilib.

Tehran vilayəti ədliyyəsinin başçısı Qulamhüseyn Esmaili deyib ki, Taheri heç vaxt Salasın vəkili olmayıb və onun işi barədə müfəssəl məlumata malik deyil.

51 yaşlı Salas iyunun 18-də Tehran yaxınlığında asılaraq edam edilib. O, sufilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı üç polisi öldürməkdə ittiham olunurdu.

Vəkil Taheri Salasın bütün mühakiməsi ərzində onun məhkəməsinin ədalətsiz aparıldığını aşkar bəyan edirdi.

Edam günü Tvitterdə Taherinin ünvanından yayılan bəyanatda, o, “ictimaiyyəti narahat edən bütün mümkün informasiyanı açacağını” vəd edirdi, lakin sonradan edam olunanın ailəsinin ricası ilə bunu etməyəcəyini yazırdı. İran hakimiyyət orqanları bu günlərdə edam edilmiş sufinin yanlış olaraq məhkum edildiyini deyən vəkili “yalan yaymaqda” ittiham edərək həbs edib.

51 yaşlı Salas iyunun 18-də Tehran yaxınlığında asılaraq edam edilib. O sufilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı üç polisi öldürməkdə ittiham olunurdu.

Vəkil Taheri Salasın bütün mühakiməsi ərzində onun məhkəməsinin ədalətsiz aparıldığını aşkar bəyan edirdi.

Edam günü Tvitterdə Taherinin ünvanından yayılan bəyanatda, o “ictimaiyyəti narahat edən bütün mümkün informasiyanı açacağını” vəd edirdi, lakin sonradan edam olunanın ailəsinin ricası ilə bunu etməyəcəyini yazırdı.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG