Accessibility links

İranlı Amerikalılar həyatını itirənlərə yas tutur, Tehran hökümətinə etiraz edir


İranlı Amerikalılar həyatını itirənlərə yas tutur, Tehran hökümətinə etiraz edir
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Bazar günü axşam iranlı-amerikalılardan ibarət bir qrup Vaşinqtonda yerləşən Azadlıq Plazaya toplaşaraq son həftələrdə İranda öldürülən etrirazçılar həmçinin Ukrayna təyyarəsində həyatını itirən 176 sərnişin, eləcə də ötən il hökümət əleyhinə aksiyalarda həyatını itirən 1000-dən çox günahsız etirazçının xatirəsini anmaq üçün şamlar yandırıb. Amerikanın Səsinə müsahibə verən bəzi qrup nümayəndələri bildirir ki, Tehranın təyyarəni vurduğunu etiraf etməsi hökumətə qarşı əhval-ruhiyyəni daha da alovlandırıb.

Lili adlı iranlı amerikalı etriazçı bildirib ki, "İnsanlar mövcud İran hökumətini istəmirlər. Və İran generalı Qasım Süleymani terrorçudur."


"Bilirsən ki, küçələrə çıxsan həbs oluna bilərsən, küçələrdə öldürülə bilərsən? və bu insanlar olduqca cəsarətlidirlər." deyə Monir adlı başqa bir iranlı amerikalı etriazçı bildirib.


ABŞ Prezidenti Donald Tramp şənbə günü İngilis və Fars dilində tweet ataraq iranlı etirazçılara dəstəyini bildirib. Mərasimdə olan Bəzi İranlı Amerikalılar dəstəyə görə ona təşəkkürlərini bildirirlər.

İranlı amerikalı etriazçı Sükufə müsahibəsində deyib ki, "Hal-hazırda hamı çox ümidlidir. Çünki insanlar oxuya bilər və görürlər ki indi dünyanın ən demokratik ölkəsi Amerikanın prezidenti də bizimlədir. Ümid çoxdur."

Fərəmərz Zafi isə deyib ki, "Onun fars və ingilis dilində tvit yazması çox xoşdur, amma müharibə istəmədiyimizi də söyləmək istəyirik!"


Bazar günü Los-Ancelesdə bir qrup insan da meydana çıxaraq əksəriyyəti ABŞ-ın İrana hər hansı bir hərbi müdaxiləsinə qarşı çıxış edib. Bir gənc kino tələbəsi Amerikanın Səsinə bildirb ki, dünən gecə İrandakı ailəsi ilə danışıb. Onlar Tehranda hökümət əleyhinə baş qaldıran etirazlarda canları bahasına da olsa iştirak edəcələrini bildirb.

"Düşünürəm ki, bunu bilmək vacibidir ki, İrandakı insanlar nə istədiyini yaxşı bilir. İrandakı xalq öz azadlığı uğrunda mübarizə aparır və bizə heç bir xilaskar lazım deyil. ABŞ bizə əhəmiyyət vermir." deyə Hamoun Dolatshahi adlı iranlı Amerikalı etirazçı bildirb.


İnternetdə yerləşdirilən videolarda görünür ki, şənbə və bazar günləri Tehranda və İranın digər şəhərlərində nümayişlər keçirən etirazçılar hökumət əleyhinə şüarlar səsləndirb.

XS
SM
MD
LG