Accessibility links

İraq Suriyaya hərbi qüvvə göndərə bilər


İraqın baş naziri Adel Əbdül-Mehdi
İraqın baş naziri Adel Əbdül-Mehdi

İraqın baş naziri bildirib ki, Bağdad hökuməti Birləşmiş Ştatarın Suriyadan hərbi qüvvələrin çıxarılması haqda qərarının ardınca yeddi ildir münaqişənin getdiyi ölkəyə əsgəri qüvvə göndərə bilər.

Adel Əbdül-Mehdi deyib ki, onun hökuməti İraqı ölkə sərhədinin o biri tərəfindən gələn təhlükələrdən müdafiə etmək üçün “bütün variantları nəzərdən keçirir”.

İraq baş naziri bu açıqlamaları bazar ertəsi günü jurnalistlərlə söhbətində verib.

ABŞ-ın dəstəklədiyi qüvvələr Suriya-İraq sərhədi yaxınlığında Deyr Əzzor vilayətində, 13 sentyabr, 2018.
ABŞ-ın dəstəklədiyi qüvvələr Suriya-İraq sərhədi yaxınlığında Deyr Əzzor vilayətində, 13 sentyabr, 2018.

ABŞ-ın hərbi qüvvələrini Suriyadan çıxarmasını keçən həftə elan etməsi beynəlxalq ictimaiyyət tərəfindən təəccüblə qarşılanıb. Hərbi qüvvələri Suriyadan çıxarmaqla ABŞ İslam Dövləti qrupuna qarşı mübarizədə müttəfiqi olan kürdlərin Suriya Demokratik Qüvvələrini yalnız qoymuş olur.

İslam Dövləti qrupunun militantları Suriya-İraq sərhədində kiçik bir ərazinin nəzarətini saxlamağa davam edir. İraq sərhəd bölgəsində hərbi qüvvə saxlayır.

ABŞ prezidenti Donald Tramp keçən həftə İslam Dövləti qrupunun məğlub edildiyini və Suriyada ABŞ-ın 2 min nəfərdən ibarət əsgəri qüvvəsinin vətənə qayıtmalı olduğunu elan edib. Trampın qərarını elan etməsindən sonra müdafiə naziri Cim Mattis və ABŞ-ın İslam Dövləti qrupuna qarşı mübarizə aparan qlobal koalisiya üzrə xüsusi nümayəndəsi Brett MakGörk istefa veriblər. Vəzifəsindən getməkdə olan ABŞ müdafiə naziri Cim Mattis Amerika qüvvələrinin Suriyadan çıxarılması qərarını imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG