Accessibility links

İspaniya koronavirus məhdudiyyətlərini yüngülləşdirməyə başlayıb


İspaniya həftələrdir tətbiq olunan karantin rejimindən sonra ölkəni tədricən açdığı bir vaxt çox sayda ispaniyalı şənbə günü uzun müddət sonra evdlərindən kənarda vaxt keçirib.

Paytaxt Madriddə parklar və bağlar hələ də bağlıdır və hüquq-mühafizə orqanları hələ də insanların əyləncə vəidman üçün nəzərdə tutulan açıq məkanlara daxil olmalarının qarşını alır.

Baş nazir Pedro Sançez COVID-19 pandemiyasından sonra ölkəni “yeni normal vəziyyətə” qaytarmaq məqsədilə məhdudiyyətlərin qaldırlması üçün dörd mərhələdən ibarət planını açıqlayıb.

Hər mərhələ arasında iki həftə olacaq, çünki rəsmilər yenidən açılmağın mümkün əks təsirlərini müəyyən etmək üçün vəziyyətə yaxından nəzarət edəcəklər.

İlk mərhələr şənbə günü başlayıb və bununla yerli vaxtla səhər saat 6 ilə 10, axşam isə saat 8 ilə 11 arasında idman və ya yürüş məqsədilə evdən çıxmağa icazə verilir.

Paytaxtda insanlar qismən bərpa edilmiş azadlıqları səbəbilə rahatlaşdıqlarını bildirib.

“Mən özümü əla hiss edirəm. Çox sərt məhdudiyyətlər var, amma nə etmək olar? Biz səhiyyə nazirliyinin göstərişlərinə əməl etməliyik, çünki onlar bizdən daha çox şey bilir. Bu azadlıq hissi çox gözəldir. Vəziyyət düzələndə hər kəs özünü yaxşı hissetməyə başlayır,” 52 yaşlı Manuel Qarsia bildirir.

“Mən bir az idman etmək, ilk öncə isə yürüş etmək üçün gəldim, çünki bu qədər uzun müddət idman etməyəndən sonra birdən qaçmağa başlamaq çətin olacaq, amma mən özümü yaxşı hiss edirəm,” Madrid sakini 60 yaşlı müəllim Angela Arroyo deyir.

Avropada İtaliyadan sonra koronavirusun ən çox təsirinə məruz qalan İspaniyada xəstəliyə 210 mindən çox insan yoluxub, 24 mindən çox insan ölüb.

XS
SM
MD
LG