Accessibility links

İspaniyada kornavirusla əlaqədar fövqəladə vəziyyət daha iki həftə uzadılıb


İspaniya koronavirus pandemiyası ilə mübarizədə tətbiq olunan fövqəladə vəziyyət rejimini bazar günündən etibarən daha iki həftə uzadıb. Bu? hökumətin ölkədə məhdudiyyətləri yavaş-yavaş yüngülləşdirdiyi bir vaxt insanların hərəkətlərinə nəzarət etməsinə imkan verir.

Parlament bu qərarı çərşənbə günü kövrək bir koalisiya hökumətinə rəhbərlik edən baş nazir Pedro Sançezin müxalifət partiyalarından səs toplamaq üçün kifayət qədər dəstək əldə etməsindən sonra təsdiqləyib.

COVID-19 epidemiyasından 25 mindən çox vətəndaşının öldüyü İspaniya martın 14-dən bəri karantin vəziyyətindədir və mövcud fövqəladə vəziyyət şənbə günü gecə yarısında sona çatacaq.

Vəziyyət yaxşılaşsa da, Sançez yoluxmanı nəzarətdə saxlamaq üçün bəzi hərəkət məhdudiyyətlərinin saxlanmasının lazım olduğunu deyib.

Baş nazir COVID-19 pandemiyasından sonra ölkəni “yenidən normal vəziyyətə” qaytarmaq məqsədilə məhdudiyyətlərin qaldırılması üçün dörd mərhələdən ibarət planını açıqlamışdı.

Hər mərhələ arasında iki həftə olmalıdır, belə ki, rəsmilər yenidən açılmağın mümkün əks təsirlərini müəyyən etmək üçün vəziyyətə yaxından nəzarət edə bilsinlər.

Avropada İtaliyadan sonra koronavirusun ən çox təsirinə məruz qalan İspaniyada xəstəliyə 210 mindən çox insan yoluxub, 25 mindən çox insan ölüb.

XS
SM
MD
LG