Accessibility links

İsrail qanunvericiləri parlamentin buraxılmasına qərar verib


İsrail qanunvericiləri parlamentin buraxılmasına səs verdikdəndən sonra ümumi seçkilərin planlaşdırılandan altı ay öncə, aprel ayının əvvəllərində keçirilməsinə qərar verib.

Millət vəkilləri baş nazir Benyamin Netanyahunun koalisiyası ilə bazar ertəsi razılığa gəldikdən sonra qərarın qəbuluna demək olar ki, yekdilliklə səs veriblər.

Koalisiyanın ultra-ortodoks yəhudi kişilərin məcburi hərbi xidmətdən istifadəsini tənzimləyən qanunvericiliklə bağlı qarşılaşdığı böhran belə bir qərarın verilməsinə gətirib çıxarıb.

Sağçı Likud partiyasına rəhbərlik edən Netanyahu 120 üzvlük parlamentdə 61 kürsüyə sahib olmaqla höküməti idarə edir.

Seçici sorğuları onu deməyə əsas verir ki, Netanyahu çox ehtimal yenidən seçkilərdə qalib gələcək. Lakin İsrailin baş prokuroru Netanyahuya qarşı ittiham irəli sürsə, bu, hazırkı baş naizirin seçkilərdəki vəziyyətini çətinləşə bilər.

Netanyahuya qarşı bir sıra korrupsiya iddiası irəli sürülüb və çıxarılacaq ittiham hökmü baş naziri istefa verməyə məcbur edə bilər.

XS
SM
MD
LG