Accessibility links

İstanbulda yeni hava limanının açılışı olub


İstanbulda yeni hava limanının açılışı olub
please wait

No media source currently available

0:00 0:01:32 0:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi İstanbul yaxınlığında yeni 11.7 milyard dollar dəyərində hava limanının açılışında iştirak edib. Rəsmilər onun dünyanın ən işlək hava limanı olacağını deyir. Lakin bəzi ləngimələr səbəbilə aeroport yanvar ayınadək tam fəaliyyət göstərməyəcək.

Ərdoğanın sözlərinə görə, hava limanı hər il 90 milyon insana xidmət göstərəcək, daha sonrakı illərdə isə bu rəqəm 200 milyonadək çıxacaq.

İstanbul 3. havaalanı
İstanbul 3. havaalanı

Lakin ilk iki ay ərzində hava limanından Türkiyə daxilində, eləcə də Azərbaycan və şimali Kiprə bir neçə uçuş üçün istifadə olunacaq. Bu isə hava limanını Ərdoğanın 15 illik hakimiyyəti ərzində ölkə iqtisadiyyatında böyük artımlara səbəb olan inşaat sektorundakı inkişafın əsas nümunəsi olaraq önə çəkən rəsmilər üçün mənfi bir haldır.

Açılış mərasimində çıxış edən Ərdoğan deyib ki, hava limanına “Istanbul Hava Limanı” adı veriləcək və bu, Türkiyənin qlobal iqtisadiyyatların inteqrasiyasındakı rolunu genişləndirəcək.

Hava limanı işçilərin iş şəraiti və təhlükəsizlik standartlarına görə tənqid olunub. Fevral ayında əmək nazirliyi bildirib ki, 2015-də tikinti işləri başlayandan bəri 27 işçi həyatını itirib, ötən ay isə polis yüzlərlə etiraz edən işçini həbs edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda yeni hava limanının açılış mərasimində çıxış edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda yeni hava limanının açılış mərasimində çıxış edir.

Sabiq nəqliyyat naziri Ahmet Arslan Avropanın beş ən işlək hava limanlarından biri olan İstanbulun Atatürk Hava Limanından uçan bütün reyslərin 48 ərzində yeni hava limanına ötürələcəyini demişdi.

Lakin indi Türkiyə Hava Yolları bildirir ki, hələ ki, hava limanında yalnız Ankara, İzmir və Antalyaya, eləcə də Kipr və Azərbaycana olan beynəlxalq reyslər xidmət göstərəcək. Digər reyslər isə ilin sonunadək Atatürk hava limanına uçmağa davam edəcək.

Əməliyyatlar yeni hava limanına keçiriləndən sonra Atatürk Hava Limanında kommersiya uçuşları dayandırılacaq, lakin o, aeroport statusunu qoruyub saxlayacaq və aviasiya sərgiləri üçün istifadə olunacaq. Ərdoğan həmçinin deyib ki, istifadə olunmayan ərazi parka çevriləcək.

XS
SM
MD
LG