Accessibility links

İtaliya mafiyasının 84 üzvü ələ keçirilib


Almaniya, İtaliya, Belçika və Hollandiyada kriminal qruplaşmaların üzvü olduğundan şübhələnilən 84 adam həbs edilib. Koordinasiyalaşdırılmış reydlər zamanı 2 milyon avro götürülüb.

Bu, son günlər ərzində keçirilən ən əhəmiyyətli reydlər olub.

Çərşənbə axşamı İtaliya rəsmiləri Sisiliyanın paytaxtı Palermoda mafianın yenidən qurulan üst eşelonunu dağıdıb. Nəticədə qruplaşmanın kaalı kimi tanınan şəxs də daxil edilməklə, 46 nəfər nəzarət altına alınıb.

Bu gün keçirilən reydlər narkotik maddə qaçaqmalçılığı, çirkli pulların yuyulması, rüşvət və zorakılıq iddiaları ilə əlaqədar kodlaşdırılmış pollino cinayət qrupu ilə bağlı iki il davam edən istintaqın nəticəsi idi. İstintaq Avropada ilk böyük bir araşdırma hesab edilir.

'ndrangheta adlanan bu qrup İtaliyanın ən böyük cinayətkar təşkilatıdır.


XS
SM
MD
LG