Accessibility links

İndoneziyanın Cava adasında zəlzələ evləri dağıdıb, 3 nəfərin ölümünə səbəb olub


İndoneziyanın Cava adasında zəlzələ evləri dağıdıb, 3 nəfərin ölümünə səbəb olub. Zəlzələ turist mərkəzi Balini də titrədib.

İndoneziyanın Fəlakətlər Agentliyinin bildirdiyinə görə, zəlzələnin episentri Situbindo şəhərindən 55 kilomertlik məsafədəki dənizdə olub. Agentlik zəlzələnin ən ağır təsirinə Cavanın şərqindəki Sumenep bölgəsinin məruz qaldığını bildirib.

Turistlərin bəziləri açıq havada gecələməli olub. Sunami təhlükəsi yoxdur.

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı bazar günü Balidə illik toplantısıdını keçirməlidir.

İndoneziyada sentyabrın 28-də baş verən zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1763 nəfər təşkil edib.

Palu şəhərində bir çox insan cəsədi binaların dağıntıları altında qalıb.

Zəlzələ və sunami baş verən zaman yüzlərlə insan Palu çimərliyində keçirilən festivalda iştirak edirdi. Sahili vuran nəhəng dalğalar festival iştirakçılarının üzərinə gəlib və həmin insanların böyük əksəriyyətini özü ilə aparıb.

Sunami sahili saatda 800 kilometr sürətlə vurub və nəticədə sahildəki binaları və infrastruktunu məhv edib. Minlərlə ev, xəstəxanalar, alış-veriş mərkəzləri və hotellər dağılıb.

XS
SM
MD
LG