Accessibility links

İsrail raketləri Dəməşq hava limanını vurub


Suriyanın dövlət xəbəbr agentliyi bildirib ki, İsrailin döyüş təyyarələri cümə günü Dəməşq ərazisinə doğru bir neçə raket atıb və nəticədə Suriyanın hava müdafiə sistemləri onların çoxunu vurub.

“Bu təcavüzün nəticələri çox məhdud iki, belə ki, hücum Dəməşq hava limanında anbarlardan birinə tuş gəlib” – deyə, SANA xəbər agentliyi hərbi mənbəyə istinadən xəbər verib. Onlar hücumun saat 11:15 -də baş veridiyini bildirib.

Suriya dövlət mətbuatı hava müdafiə sisteminin açdığı atəşi göstərən görüntüləri yayımlayıb.Videoların birində partlayış səsi eşidilir.

İsrail İranın Suriyada nüfuzunu artırmasının qarşısını almaq səylərinin bir hissəsi olaraq Suriyaya qarşı hücumları artırıb. İran 2011-ci ildə başlayan müharibədə president Bəşər Əsədi dəstəkləyir.

Suriya dövlət mediası İsrail tərəfindən ən son hücumun olduğuna dair dekabrın 25-də xəbər yaymışdı. Həmin zaman raket hücumu nəticəsində üç suriyalı əsgər yaralanmışdı.

İsrailin yüksək vəzifəli rəsmisi sentyabr ayında bildirib ki, İsrail son iki ildə Suriyada İran hədəflərinə qarşı 200-dən çox hücum həyata keçirib.

İranlı qruplar habelə, Livanın Hizbullah qrupu da daxil olmaqla İranın dəstəklədiyi qruplar Əəsd hökümətinə dəstək məqsədilə Suriyada yerləşib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG