Accessibility links

«Barış Üçün Dinlərarası Matç» tədbirinə Türkiyənin «Fenerbahçe» klubunun kapitanı da dəvət alıb


Türkiyənin «Fanatik» qəzetinin xəbərinə görə, katolik dünyasının ruhani lideri sentyabrın 1-də düzənlənəcək «Barış Üçün Dinlərarası Matç» tədbirinə Türkiyənin «Fenerbahçe» klubunun kapitanını da çağırıb.

Papa Francesco dünyadaki savaşlara diqqət çəkməkdən ötrü Roma Olimpiya Stadionunda oynanacaq matç üçün Emre-ni telefonla şəxsən arayıb və ona «Bu yarışda səni də görmək istəyirik» deyib. Futbolçu bu təklifi dərhal qəbul edib. Klub rəhbərliyindən də icazə alan Emre sözügedən tədbirə və oyuna qatılacaq. O, belə tədbirlərə dəvət edilən ilk türk və müsəlman futbolçu olacaq.

Başqa məşhur futbolçulardan Messi, Buffon, Zidane, Zanetti, Roberto Baggio, Pirlo ve Samuel Eto da dəvətlilər arasındadır.

Oyundan toplanacaq gəlirin hansı fond və yardıma möhtac ölkələrə verilməsini Papanın özü müəyyənləşdirəcək.

XS
SM
MD
LG