Accessibility links

Yaşlılar “qoca və zəif” damğasını üzərlərindən götürmək istəyir


Yaşlılar “qoca və zəif” damğasını üzərlərindən götürmək istəyir
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Yaşlılar “qoca və zəif” damğasını üzərlərindən götürmək istəyir

Nərd və ya hansısa stolüstü oyunlardan savayı bəzi yaşlı insanlar idmana geri dönür. Kiçik bir araşdırmanın nəticəsi yaşlı insanların illər əvvəl onlar üçün çox riskli olduğu deyilən idman növlərindən faydalandıqlarını göstərib.

Çinin paytaxtının yaşlı sakinləri “qoca və zəif” damğasını üzərlərindən götürmək qərarına gəlib. Təqaüdçü Vu Sonquan: “Təqaüdə çıxandan bəri yalnız idmanla məşğul oluram.”

Yu Sonquan keçmiş fermerdir. O, idman etmək üçün Pekinin “Cənnət Məbədi”nə gələn yüzlərlə yaşlıdan biridir. “Mən evdə qala bilmirəm, çünki görməli işim yoxdur. Mən idman zalına gəlib bir saat üzür, sonra isə əzələlərimi möhkəmlədirəm, daha sonra bilyard oynayıram.”

Tədqiqatçılar idmanın yaşlı insanların sağlamlığına zərər olması fikrinin artıq köhnəlmiş bir fikir olduğunu deyirlər. Birminqham universitetindən doktor Li Brin: “Xəstəliklərdən qorunma və yaşla əlaqədar problemlərin qarşısının alınmasında ən yaxşı strategiya idmandır.”

Müqavimət hərəkətləri əzələnin möhkəmlənməsinə və sümüklərin sıxlılmasına yardım edir. Həm əzələ, həm də sümük qocalan insanın sağlamlığı üçün çox vacibdir.

Doktor Li Brin deyir ki, 50-60 yaşlarındakı insanlar güclərini artırmaq üçün həftədə 2-3 gün idman etməlidir. “Güc artıran hərəkətlərin əzələləri 20 faiz artırdığını müşahidə etdik. Bu, araşdırmalarda iştirak edən yaşlı və təlim keçməyən insanlar arasında yeni göstərici idi.”

Doktor Brin deyir ki, idman zalına getmədən və heç bir alət olmadan edilən hərəkətlər də yaşlılar üçün faydalıdır. “Uşaqlarım böyüyüb. Nəvələrim məktəbə gedir. Mənim 80-dən çox yaşım var, Bundan sonra nə edə bilərəm? Yalnız idman edirəm və uşaqlarımı narahat etməməyə çalışıram.” deyə, 82 yaşlı Vanq Binqşand bildirir.

Birminqham universiteti araşdırmanı 65-lə 80 yaş arasındakı 15 kişi ilə aparıb. Doktor Brin universitetin bu ilin sonunda qadınlar üçün ayrıca bir araşdırma planladığını deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG