Accessibility links

II Yelizaveta və kral ailəsinin evakuasiyasına dair xüsusi plan hazırlanıb


Böyük Britaniyada “sərt Brekziddən” sonra Londonda hərc-mərclik düşəcəyi halda kraliça II Yelizaveta və kral ailəsinin digər üzvlərinin evakuasiyasına dair xüsusi plan hazırlanıb.

Söhbət Böyük Britaniyanın Avropa Birliyindən razılaşmasız çıxmasının mümkünlüyü və bundan sonra baş verə biləcək hadisələrdən gedir.

Siyasətçilər və şərhçilər “kəskin Brekzit”i tamamilə real sayırlar.

Böyük Britaniya martin 29-dək Avropa Birliyindən çıxmalıdır.

Amma Avropa Birliyi ilə əldə edilmiş razılaşma hələ ki, təsdiqlənməyib.

“The Sunday Times” və “The Mail on Sunday” qəzetlərinin yazdıqlarına görə, planda kraliça və həyat yoldaşının Londondan kənar məxfi yerə köçürülməsi nəzərdə tutulur.

Bu nəşrlərin yazdıqlarına görə, belə bir plan soyuq müharibə dövründə-keçmiş SSSR-in mümkün nüvə hücumuna hazırlıq çərçivəsində hazırlanıbmış.

Bundan əvvəl verilən məlumatlara görə, Britaniya hakimiyyəti “kəskin Brekzit” halında ictimai asayişin qorunmasına bir neçə min hərbçi cəlb ertməyi planlaşdırır.

Şimali İrlandiyadakı vəziyyət daha çox narahatlıq doğurur.

Britaniya parlamenti bundan əvvəl baş nazir Tereza Meyə Avropa Birliyi ilə əldə edilmiş “Brekzit” razılaşmasında dəyişikliyə nail olmağı tapşırıb.

Bu İrlandiya ilə Şimali İrlandiya arasında sərhədin şəffavlığına təminat verilməsi ilə bağlıdır.

Bu müddət fevralın 13-də bitir.

Avropa Birliyi isə bundan əvvəl bildirib ki, əvvəlki razılaşmanın mətnini dəyişməyəcək.

Amma Britaniya parlamenti dəyişiklik olmadan sənədə səs vermək fikrində deyil.

XS
SM
MD
LG