Accessibility links

2019-da Afrikada iqtisadi artım proqnozlaşdırılırmı?


2019-da Afrikada iqtisadi artım proqnozlaşdırılırmı?
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Səhra-altı Afrikanın iqtisadi bərpası, mart ayında imzalanan tarixi azad ticarət razılığına rəğmən, 2019-cu ildə də davam edəcək. Lakin qitədəki bəzi iqtisadiyyatlar üçün hələ də ümid işığı görsənir.

Afrika mart ayında tarıx yazdı. Belə ki, 44 ölkə rəhbəri Rvandada qitə boyu azad ticarət razılığına imza atdı.

Əgər Afrikadakı azad ticarət ərazisinin işləməsini istəyiriksə, qitədə daha çox istehsal, kənd təsərüffatı və başqa malların emalı olmalıdır. Yoxsa biz qonşu ölkələrlə ticarət etmək üçün çox az sayda mal istehsal edirik.
Maykl Kottoh

Razılıq 1.2 milyard insanı əhatə etsə də, tənqidçilər bu sazişin qitənin iqtisadiyyatına və ya insanları yoxsulluqdan çıxarmağa çox yardım etmədiyini deyir.

“Əgər Afrikadakı azad ticarət ərazisinin işləməsini istəyiriksə, qitədə daha çox istehsal, kənd təsərüffatı və başqa malların emalı olmalıdır. Yoxsa biz qonşu ölkələrlə ticarət etmək üçün çox az sayda mal istehsal edirik” - deyə, iqtisadiyyat üzrə təhlilçi Maykl Kottoh söyləyir.

Dünya Bankı Afrika ilə bağlı artım proqnozlarını 3.1-dən 2.7 faizə endirib.

Adətən qitəyə təkan verən iki iqtisadiyyatın üzləşdiyi çətinliklər də bu vəziyyəti daha pizləşdirib.

Cənubi Afrikaya məişət istehlakının zəif artımı və kənd təsərrüfaatı fəaliyyətinin ixtisarı, Nigeriyaya isə azalan neft hasilatı təsir göstərib.

Bundan əlavə bəzi ölkələrin üzərlərinə borc öhdəlikləri almalarının sürəti ilə bağlı da xəbərdarlıq olunub.

Beynəlxalq Valyuta Fondu xəbər verir ki, borc öhdəlikləri 2000-ci ildə 3 milyard dollardan 2017-ci ildə 60 milyard dollaradək artıb.

“Biz son bir neçə ildə borcların kəskin artdığını müşahidə etmişik və bu da təbii ki, əmtəə qiymətlərininin çökməsinin iqtisadiyyatlara böyük təsirini də əks etdirir”, Beynəlxalq Valyuta Fondunun Afrika üzrə direktoru Selassi Abebe bildirir.

Keniya, Somali və Zimbabve kimi ölkələr də yüksək məbləğdə borclar almaqla yanaşı verigləri artırıb. Onlar bunun məqsədinin inkişaf hədəflərini həyata keçirmək oluğunu deyir.

Pretoriya, Cənubi Afrika Respublikası
Pretoriya, Cənubi Afrika Respublikası

Bu isə bir çoxları üçün həyatı bahalaşdırıb, xüsusilə də dünyanın ən gənc ölkəsi olan Sudanda. Sudan höküməti iqtisadiyyatın çökməsinin və mülki iğtişaşın qarşısını almaq üçün mübarizə aparır.

“Sudanda yaşayış şəraiti pisləşir. Benzindoldurma məntəqələrində, bankomatların önündə, hər yerdə növbələr var. Bankdan öz pulunu belə çıxara bilmirsən. Maaşını ala bilmirsən. Hər şey çox bahalaşıb və biz nə baş verdiyini bilmirik. Sanki saatlı bomba var və biz onun nə zaman partlayacağından xəbərdar deyilik” – Xartum sakini Marva Məcid deyir.

Lakin Beynəlxalq Valyuta Fondu Afrikadakı insanlara hələ də ümid verir.

Təşkilat əksər digər Afrika ölkələrinin aydın gələcəklərinin olacağını proqnozlaşdırır və bildirir ki, onların iqtisadiyyatları cari ildə 3.8 faiz arta bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG