Accessibility links

İlahiyyatçının məhkəməsi başlayır


Elşən Mustafaoğlu
Elşən Mustafaoğlu

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir

İyulun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 19-na təyin olunub.

E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

Yerli medianın yazdığına görə ilahiyyatçı İrana casusluq etməkdə suçlanır.

E.Mustafaoğlu 2001-ci ildə «Mənəvi Saflığa Dəvət» İctimai Birliyini təsis edib. 2005-ci ildən «Yeni Şərq» Elmi Araşdırmalar Mərkəzinin direktorudur.

O, son iki ildə Norveçdə elmi layihə üzrə çalışıb, bu ilin əvvəlində ölkəyə qayıdıb. Bir neçə ay öncə isə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa başlayıb.

XS
SM
MD
LG