Accessibility links

Şimali və Cənubi Koreyalar ayrı düşmüş ailələrin biri-birinə qovuşmasına dair razılıq əldə ediblər


Şimali və Cənubi Koreyalar ayrı düşmüş ailələrin biri-birinə qovuşmasına dair razılıq əldə ediblər
Şimali və Cənubi Koreyalar ayrı düşmüş ailələrin biri-birinə qovuşmasına dair razılıq əldə ediblər

Razılıq bu gün Şimali Koreya sərhəd şəhərində ikitərəfli danışıqlar zəminində əldə edilib

Şimali və Cənubi Koreyalar 60 il bundan əvvəl Koreya müharibəsindən sonra ayrı düşmüş ailələrin biri-birinə qovuşmasına dair razılıq əldə ediblər. Cənubi Koreyanın Yunifikasiya Nazirliyinin sözcüsü bildirib ki, birləşmə oktyabr ayının 30-u və noyabr ayının 5-i arasında şimalın dağlıq Kumqanq kurort zonasında birləşmə mərkəzi və oteldə olacaq. Razılıq bu gün Şimali Koreya sərhəd şəhərində ikitərəfli danışıqlar zəminində əldə edilib. Ötən həftə həmin görüş yerində keçirilən iki danışıq nəticə verməmişdi. Həmin görüş Pxenyanın Seuldan Kumqanqa turizmin bərpası məsələsinə görə dayanmışdı. Turizm ziyarəti 2008-ci ildə məhdud hərbi zonaya daxil olan Cənubi Koreyalı bir qadının Şimali Koreyanın gözətçisi tərəfindən atəş açılaraq öldürülməsindən sonra dayandırılmışdır.

XS
SM
MD
LG