ABŞ Senatı mühacirət islahatları qanununa dair səsvermə keçirib. Bu dəyişiklik 11 milyon qanunsuz mühacirin vətəndaşlıq alması üçün yol aça bilər.
Dünən keçirilən səsvermə zamanı 68 lehinə 32 əleyhinə səs çoxlu ilə dəyişiklik qəbul edilib. Yeni qanun Birləşmiş Ştatlara qanunsuz gələn 11 milyon mühacirə ölkədə qalmaq və vətəndaş olmaq imkanı yaradır. Eyni zamanda ölkəyə qanunsuz girişin qarşısını almaq üçün Meksika ilə sərhəd bölgəsi 20 min əlavə sərhəd-keşikçisi ilə təmin ediləcək və 1100 kilometrlik yeni hasar çəkiləcək.
Prezident Obama mühacirət qanununda islahatları dəstəkləyib. Dünən o, Senatı sarsılmış sistemi bərpa etmək üçün mühüm addım atmağa çağırıb. Lakin sənəd ilk növbədə müzakirə edilmək üçün nümayəndələr palatasına təqdim edilməlidir. Nümayəndələr palatasının sənədi təsdiqləməsi sual altındadır. Mühafizəkar respublikaçılar bu islahatların əleyhinə çıxaraq bunun qanunu pozanlara əfv kimi qiymətləndirildiyini deyib.