Bəzi insanların anormal dərəcədə sürətli ürək döyüntüləri olur, hətta bəzilərinin ürəkləri bir dəqiqədə 400 dəfə döyünür. Belə sürətli ürək döyüntüsü həyat üçün təhlükəli ola bilər. Bunun çarəsi isə ürək defibrilyatorudur.
Con O’Lerinin ürək döyüntüsü sürətli və nizamsız idi.
Adətən bir neçə şok birdən yaşanır. Məsələn ard-arda 10 şok yaşamaq olar. Bu isə onunla izah olunur ki, ürəyin sürətli döyünməsinin əsas səbəbi aradan qaldırılmayıb.Mehdi Rəzavi
“Mənim idman edərkən bir neçə dəfə başım gicəllənib. Bir dəfə hətta velosiped sürürdüm və birdən bir-iki saniyəlik sanki huşumu itirdim. Mən bununun susuzluq və ya isti hava səbəbilə olduğunu düşündüm,” o söyləyir.
Amma səbəb o deyildi. Ürək çox sürətli döyünəndə ürək nasosları oksigenlə zəngin qanı ağ ciyər və beyinə göndərə bilmir. Bu isə qəfil ölümlə nəticələnə bilər. Ürəyə yerləşdirilən defibrilyatorlar isə bunun qarşısını alır.
O’Lerinin ürəyində implantat kardioverzion-defibrilyator (ICD) var. Bu cihaz süni ritm tənzimləyicisi ilə defibrilyatorun birləşməsidir.
Batareyadan ürəyə ürək ritmini hiss edən tel uzanır. Əgər həmin tel ürəyin ritminin pozulduğunu hiss edərsə, implantat kardioverzion-defibrilyatora siqnal göndərir. Əgər hər hansı təhlükə var isə, cihaz ürəyə şok verərək normal ritmini bərpa etmək üçün elektrik siqnal göndərir.
“Bu, ağrılıdır. Ağrı isə prosesin fizikası ilə bağlıdır. Şok tətbiq olunanda, ağrı da olur,” deyə Texas Ürək İnstitutundan kardioloq Mehdi Rəzavi bildirir.
Ann Bantinq defibrilyator işə düşəndə hiss etdiklərini təsvir edir.
“Sanki məni ildırım vurdu. Mən ağ işıq gördüm və ildırımın ağacı vurduğunda çıxardığı səsi eşitdim. Mən beş dəfə ard-arda şok yaşadım və o qədər ağrım var idi ki, mən qışqırırdım,” o deyir.
“Adətən bir neçə şok birdən yaşanır. Məsələn ard-arda 10 şok yaşamaq olar. Bu isə onunla izah olunur ki, ürəyin sürətli döyünməsinin əsas səbəbi aradan qaldırılmayıb,” Rəzavi söyləyir.
O’Leri-nin isə bu, avtodayanacaqda başına gəlib.
Sanki məni ildırım vurdu. Mən ağ işıq gördüm və ildırımın ağacı vurduğunda çıxardığı səsi eşitdim. Mən beş dəfə ard-arda şok yaşadım və o qədər ağrım var idi ki, mən qışqırırdım.Ann Bantinq
“Mənə elə gəldi ki, lampa dirəyinə dəydim, amma bunun mümkün olmadığını bilirdim. Orada, yəni maşınla mənim aramda nə lampa dirəyi, nə divar, heç nə yox idi. Amma ele bir hiss yaşadım. Mən bir anlıq çaşqınlıq içində idim. Daha sonra isə elektrik boşalmasının səbəb olduğu parlaq işıq gördüm və o anda nə baş verdiyini anladım,” o deyir.
O’Leri o anda heç bir ağrı hiss etməyib. O, defibrilyatoru həyat sığortası olaraq görür.
Alimlər isə ürəyə şok göndərərək, ürəyin ritmini ağrısız şəkildə bərpa edəcək cihaz inkişaf etdirməyə çalışırlar.