Accessibility links

İncəsənət terapiyası [Video]


İncəsənət terapiyası
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Aini Qal 2009-cu ildə Əl-Şababda hökümətlə regional qüvvələr arasındakı döyüşdən sonra ailəsi ilə birlikdə Somalini tərk etmək məcburiyyətində qalıb. O Misirə köçüb və 2011-ci ildə qaçqın statusu alıb. İndi isə adi fişəng səsi belə onu qorxuda bilər.

Misirdə sığınacaq almaq tələbi iə baş vuran qaçqınların 3-də birini Afrika ölkələrindən olan insanlar təşkil edir. Bunların da böyük əksəriyyəti Sudan, Efiyopiya və Somalidən olanlardır.

Misirli sənətçi olan Con Milad 2014-cü ildən etibarən insanlar psixoloq yardımı göstərir. O və onun komandası QHT-lərlə ölkə boyunca rəqs dərsləri, rəsmçəkmə və teatr sessiyaları təşkil edir.

“İncəsənət terapiyası insanların həyatda qarşılaşdıqları pis təcrübə və ya travmalar nəticəsində yaranan mənfi enerjini dəyişməyə çalışmaqdır. Siz onlara mənfini müsbət enerjiyə çevirə bilməsi üçün ərazi təmin etməyə çalışırsız." - deyə, Miladın köməkçisi bildirib.

Aini rəsm çəkməyə davam edir və ətrafdakıları da buna həvəsləndirir. O öz təlim proqramını travma məsləhətçisi kimi bitirib, indi isə yerli məktəblərdə Somalidən olan uşaqlar üçün həftəlik incəsənət terapiyası dərsləri keçir.

Bura uşaqların keçmişlərindən xilas olaraq narahatlıqlarını bir-biriləri ilə bölüşə biləcəyi sığınacaqdır.

XS
SM
MD
LG