Accessibility links

Dünyanın ən böyük xarabalığı - Dharavi [Video]


Dünyanın ən böyük xarabalığı
please wait

No media source currently available

0:00 0:03:06 0:00
Təqribən 3 kvadrat km sahəsi, milyona yaxın insanın yaşadığı Dharavi dünyanın ən böyük xarabalığıdır. 70 yaşlı Niyamas Xan vaxtilə buranın balıqçılıqla məşğul olan kiçik bir kənd olduğunu deyir. “50 il bundan əvvəl bura səhra idi, indi isə burada çox adam var”- deyə, o bildirir.

Bir təşkilat Mumbayın bu xaraba məhəlləsindəki səfillərin həyatını görmək üçün turlar təşkil edir. “Gerçəklik Turları və Səyahətlər” təşkilatından Stefani Hays buraya gələn turistlər üçün gördüklərinuin gözlənilməz olduğunu deyir. “İnsanlar burada xəstəxanaların, məktəblərin və bizneslərin olduğuna inana bilmirlər. Bura sənaye mərkəzidir və bunu görən insanlar şok olur. Buradakı mərkəzi küçələrin fəaliyyəti insanları şoka salır. Mənim fikrimcə Dharavini fəqləndirən onun sənayesidir.”

Mumbayın ürəyi, sənaye mərkəzi Dharavi ildə 650 milyondan çox gəlir gətirən şəhər içərisində bir şəhərdir. Xarabalıqda, əllə hazırlanmış dəri məmulatlarından tutmuş, yenidən emal edilmək üçün plastik məmulatlar üçün 10 min birotaqlı fabriklər var.

Malik Abdullaya bu biznes atasından miras qalıb. O, plastik tullantıları polikarbon dənəciklərinə çevirir. “Hindistanda istehsal edilən xammal burada hazırlanır və ölkəıdən kənara göndərilir. Xammal eləcə də buradan böyük fabriklərə gedir, orada əşyalar hazırlanır, Hindistanın daxilində və xaricində satılır.”

Abdulla kimi sahibkarların nailiyyətlərini “Gerçəklik Turları” təşviq edir.

Təşkilat Dharavini həyatına müdaxilə etmədən, oradakı istismardan bəhs etmədən göstərmək istəyir. Eyni zamanda təşkilat turlardan əldə etdiyi 80 faiz gəlirini xarabalıqdakı uşaqların ingilis dilini və kompyuteri öyrənmələrinə yardım üçün istifadə edir.

Keçən il əsasən xaricilər olmaqla Dharaviyə 10 min turist gəlib. Lakin buraya tamaşaya gələn Kiran Cadhav Mumbay sakinidir. “Mənim təsəvvürümdə Dharavi yalnız yoxsul, bəlkə də yoxsulluqdan da aşağı səviyyədə insanların yaşadığı yer idi. Lakin burada çox sayda sənaye və işin olması mənim ağlıma belə gəlməzdi. Burada görülən işlər Hindistan sənayesinə böyük yardım edir. Bu, inanılmazdır.”

Gələcəkdə Dharavidə yeni mənzillər tikilməsi və müasir cənaye mərkəzlərinın salınmasının planlaşdırılmasına baxmayaraq, burada yaşayanların çoxunun sahibkarlıq haqda düşüncələri yəqin ki, olduğu kimi qalacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG