Accessibility links

Hindistan İtaliya səfirinə qoyulan səyahət məhdudiyyətlərini uzatdı


İtaliyanın Yeni Delhidə adam öldürməkdə şübhəli bilinən İki italiyalı dəniz piyadasını Hindistana təhvil verməkdən boyun qaşçıqmasından sonra Hindistan Ali Məhkəməsi İtaliya səfirinin ölkəni tərk etməsinə qoyulan qadağının müdətini uzadıb. Məhkəmə səfirin qətl barədə izahatını rədd edib.

Məhkəmənin baş hakimi Altamas Kəbir deyir ki, səfir Daniel Mansisi martın 22-dək təqsirli bilinən hərbçilərin Hindistana qayıdacağını vəd edən sənəd imzalamaqla diplomatik toxunulmazlıq imtiyazından imtina edib.

Yük gəmisində təhlükəsizlik üzrə hərbi dəstənin üzvləri Massimiliano Latorre və Salvatore Girone ötən il səhvən iki hindistanlı balıqçını pirat hesab edərək qətlə yetiriblər.

İtaliya hadisənin beynəlxalq sularda baş verdiyini və Romanın bu məsələ ilə bağlı yurisdiksiyaya malik olmalı olduğunu desə də, Hindistan rəsmiləri gəminin Hindistanın cənubdakı Kerala ştatının sularında olduğunu deyir.

Hindistan hökuməti ötən ay Mansisinin dəniz piyadalarının səs vermək üçün italiyaya qayıtmasına icazə vermək barədə xahişini yerinə yetirmişdi. Bunun əvəzində səfir əsgərlərin Hindistana qayıdacağına təminat vermişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG