Accessibility links

Ümid Bhavan - Hindistanın sonuncu kral sarayı [Video]


Hindistan Britaniyanın müstəmləkəsindən qurtararaq, müstəqillik əldə etdikdən sonra ölkənin zəngin kral ailələrinin əkəsriyyəti ictimaiyyət arasında görünməməyə çalışdı. Lakin Marvar-Rator kimi bəzi sülalələr hələ də xalq arasındadır.

1947-ci ildə dünyasını dəyişən maharaca Ümid Sinqh dünyada ən böyük sarayının olmasını istəyirdi. Maharaca Ümid Bhavan adlı belə bir sarayı 1943-cü ildə Hindistanın şimal-qərbindəki Codrup şəhərində tikdirdi. Bu, Hindistanın müstəqilliyindən əvvəl tikilən sonuncu karl sarayı idi. Sarayda 347 otaq var və hər otağın öz hekayəsi var.

Kral sarayında hazırda maharaca Ümid Sinqhin nəvəsi Qaj Sinqh yaşayır. Qaj Sinqhin qızı Şivrancani Rajye ailənin mirasını idarə edir. “Mənim atam kral olduğuna əmindir, çünki o, rəhbərlik edir. O, buna çox vaxt sərf edir. Həyatım boyu mən onun insanların, Codrupun qayğısına qaldığını, təhsil, su layihələri yolunda işlədiyini görürəm” deyə. Şivrancani Rajye bildirir.

Ölkə müstəqillik əldə etdikdən sonra maharacalar öz titullarını və muxtariyyətlərini saxlaya bilib. Lakin 1971-ci ildə konstitusiyada edilən dəyişiklik ailəni kral imtiyazlarından və varından məhrum etdi. Sinqhə çox sayda mülkiyyət qalsa da, nagd pul az qaldı. O, ata-babadan qalan sarayın bir hissəsini müasir biznesə, muzeyə çevirdi. Əldə etdiyi gəliri isə kral nəslindən qalan əşyaların qorunub, saxlanmasına sərf etdi.

Rajve ailənin irsindən turizm və təbiətin inkişafında istifadə etmək istəyir. Ailə holdinqinin böyük hissəsi yüzlərlə bitki və müxtəlif quşlarla zəngin olan əraziyə çevrilib. Ailənin qonaqpərvərliyi mədəniyyət və ənənədən bəhrələnir. Şivrancani Rajye: “Mən atamın nəslində böyük dəyişiklik olduğunu düşünürəm, çünki bir zamanlar hökmdar pis söz sayılırdı. Buna görə də bu dəyişiklik mütləq idi və mən onu görə bildim. İndi hamı kralların işinin nə qədər ağır olduğunu görə bilir.”

Şivrancani Rajvi ailənin gələcək nəslinin bu missiyanı davam edəcəyinə ümid edir.

XS
SM
MD
LG