Accessibility links

İndoneziya rəsmiləri deyib ki, bazar ertəsi səkkiz sərnişin və ekipaj üzvünü daşıyan vertolyot aktiv vulkan ətrafından insanları evakuasiya etməyə gedən zaman qəzaya uğrayıb. Hadisə zamanı hər kəs həlak olub.

Vertolyot bazar günü Mərkəzi Cava vilayətinin Temanqqunq rayonunda qayaya çırpılıb.

Dörd ekipaj üzvü və dörd dəniz donanma zabiti bazar günü vulkanın 50 metr hündürə palçıq və kül püskürməsi nəticəsində azı beş nəfərə xəsarət yetirməsindən sonra Dienq Plateau-da evakuasiya əməliyyatında iştirak etmək üçün səfərbər edilmişdi.

İndoneziya axtarış və xilasetmə agentliyi bütün cəsədlərin aşkar edildiyini bildirib.

Dienq Plateau doqquzuncu əsrə mənsub Hindu məbədləri ilə turistləri özünə cəlb edir.

XS
SM
MD
LG