Accessibility links

Human Rights Watch və Jurnalistləri Müdafiə Komitəsinin nümayəndələr Patrik Hiki ilə görüşüb


Avropa Oyunları
Avropa Oyunları

Görüşdə Avropa Olimpiya Komitəsinin prezidentinə Azərbaycanda insan haqlarının vəziyyətinə dair narahatlıqların yer aldığı məktub verilib

Dünən Human Rights Watch və Jurnalistləri Müdafiə Komitəsindən bir qrup nümayəndə heyəti İrlandiya Olimpiada Şurasının Dublindəki baş qəragahında Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hiki ilə görüşüb. Amerikanın Səsinin Jurnalistləri Müdafiə Komitəsindən əldə etdiyi məlumata görə, nümayəndələr Azərbaycanda insan haqları və mətbuat azadlığının ağır vəziyyətini müzakirə edib. Görüşdə bildirilib ki, ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan dünyada ən çox senzura tətbiq edən 10 ölkədən biridir.

Görüş zamanı cənab Hikiyə məktub təqdim olunub və onu Avropa Olimpiya Komitəsinin imkanları daxilində Azərbaycan hökuməti ilə danışıqlar aparmağa çağırıb. Çağırışda bildirilib ki, danışıqlara jurnalistlər və media qurumların siyasi, iqtisadi, sosial və insan haqları mövzuları da daxil olmaqla Avropa Oyunlarının bütün aspektlərinin işıqlandırılmasına imkan yaradılması daxildir.

"Ona dedim ki, belə reportajlar Avropa Olimpiya Komitəsinin icra sənədi olan Olimpiya Xartiyası ilə müəyyən edilmiş prinsiplərə uyğun olardı. Ona verdiyim məktubda həmçinin həbsdə olan jurnalistlərin dərhal azadlığa buraxılması, eləcə də mətbuat azadlığı müdafiəçisi Emin Hüseynov barəsində qaldırılan ittihamların ləğvi, o cümlədən media və ifadə azadlığını məhdudlaşdıran bütün qanunların aradan qaldırılması çağırışı yer alıb. Məktubda deyilir ki, bütün bu işlər iyunun 12-si Olimpiya Oyunlarının açılış mərasiminədək həyata keçirilməldir" - deyə Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya Proqramı koordinatoru Nina Oqnianova bildirib.

"Əziz Prezident Hiki, Azərbaycan hökumətinə təsir etmək və ölkədəki insan haqları vəziyyətinin yaxşılaşmasına kömək etmək üçün sizin unikal imkanınız var" - deyə məktubda bildirilir.

Nümayəndə heyə daha sonra İrland hökumət nümayəndələri, parlament üzvləri və media mənsubları ilə görüşlər keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG