Accessibility links

Vətəndaş cəmiyyəti: 2016-cı ildə insan hüquqları sahəsində böhran daha da dərinləşib


Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi
Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi başa çatmaqda olan ilin yekunlarını müzakirə edib, onu bütün sahələrdə, o cümlədən insan hüquqları sahəsində böhranın davam etməsi və dərinləşməsi ilə səciyyələndirib.

Siyasi məhbusların böyük bir qrupu əvf edildikdən sonra vətəndaş cəmiyyəti fəallarının yeni həbs dalğası və onlara qarşı məhkəmələr başlayıb, məsələn, “Nardaran işi”, Heydər Əliyevin abidəsində şüar yazan gənclərin işi, Xalq Cəbhəsi fəalları Fuad Qəhrəmanlı və Faiq Əmirovun işləri.

İl həmçinin KİV sahəsində, internet istifadəçiləri və bütünlükdə şəxsiyyət azadlığı ilə bağlı qanunvericiliyin növbəti dəfə sərtləşdirilməsi ilə yadda qaldı.

İqtisadçı ekspert Qubad İbadoğlu qeyd edib ki, iqtisadi sahədə vəziyyət bütün istiqamətlərdə pisləşib, o cümlədən manat ucuzlaşıb, əhalinin həyat səviyyəsi aşağı düşüb, işsizlik azalıb, ölkənin xarici borcu artıb, valyuta ehtiyatları azalıb.

“Təkcə qeyri-rəsmi məlumatlara görə, başa çatmaqda olan ildə 50 min nəfər iş yerini itirib, orta statistik ailənin 4,5 nəfərdən ibarət olduğunu nəzərə alsaq, bu, 220 min nəfər üçün ciddi maddi problemlər deməkdir”, deyən İbadoğlu qeyd edib ki, böhrandan ziyan çəkənlərin sayı milyonlarla ölçülür.

“Müzakirələr zamanı komitə üzvləri ölkədə vətəndaş azadlıqları bərpa edilmədən yaxşılığa doğru dəyişikliklərə nail olmağın mümkün olmadığı fikrində ortaq olublar. Bu mənada sosial-iqtisadi islahatlar üzrə hökumətin gələn il üçün elan etdiyi strateji yol xəritələrinin həyata keçirilməsi şübhə altına qoyulub.

İclasda Qarabağ məsələsi, 2016-cı ildə onun vəziyyəti ayrıca mövzu olub. Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin sədri Arzu Abdullayeva bildirib ki, on il təcrid vəziyyətindən sonra ilk dəfə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri arasında dialoq üçün şərait yaranıb.

“Amma hakimiyyət əvvəlki kimi “xalq diplomatiyası” prosesini idarə etmək istəyir. Lakin dialoqda vətəndaş cəmiyyətinin müxtəlif qruplarının nümayəndələrinin iştirakı olmadan bu yanaşmanın səmərəsi azdır”, deyə o bildirib.

İclasda 2016-cı ildə insan hüquq və azadlıqlarının vəziyyətinin geniş təhlilini aparmaq və vahid yekun sənəd hazırlayıb təqdim etmək qərara alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG