Accessibility links

Interpola yeni prezident seçilib


Çərşənbə günü keçirilən səsvermədə Cənubi Koreyadan olan general Kim Conq Yanq İnterpolun rəhbəri seçilib.

Dünyadakı təhlükəsizlik problemlərini aradan qaldırmaq üçün aydın bir baxışa ehtiyacımız var: gələcəyə körpü qurmaq lazımdır.
Kim Conq Yanq, İnterpolun yeni prezidenti

Kim təşkilatın müvəqqəti baçısı vəzifəsini icra edirdi və növbəti iki ildə Çinli Menq Honqveyi əvəzləyəcək.

Menq sentyabrın sonlarında vətəninə səfər edərkən yoxa çıxıb, sonradan isə rüşvət iddiaları ilə əlaqədar nəzarətə alınıb. Baş Assambleya növbəti dörd il üçün idarə edən şəxsi seçmək üçün yenidən səs verəcək.

“Dünyamız hal-hazırda görülməmiş dəyişikliklərlə qarşı-qarşıyadır, bu da ictimai təhlükəsizliyə böyük problemlər yaradır” , İnterpol Kimdən sitat gətirib. “Onları aradan qaldırmaq üçün aydın bir baxışa ehtiyacımız var: gələcəyə körpü salmaq lazımdır.”

Səsvermədən öncə ABŞ dövlət katibi Mayk Pompeo Kimin namizədliyini təsdiqləyib.

“İnterpolun üzvü olan bütün millət və təşkilatlara dünyanın ən mühüm hüquq-mühafizə orqanlarından birini əks etdirən etibarlılıq və bütövlük lideri seçmək üçün qanunun aliliyinə hörmət etməyə çağırırıq”, deyə Pompeo bildirib.

ABŞ dövlət katibi, Mayk Pompeo
ABŞ dövlət katibi, Mayk Pompeo

Çərşənbə günü keçirilən seçkilərin nəticəsi bir qədər gözlənilməz olub. Bir çoxları İnterpolun vitse-prezidenti, rusiyalı Aleksandr Prokopçuku seçkilərdə lider olaraq qiymətləndirdi.

Kremlin tənqidçiləri Prokopçuku İnterpola sədr seçməyin təşkilatı siyasətləşdiriləcəyinə səbəb olacağını bildirib. Dörd ABŞ senatından ibarət bir qrup Rusiyadakı müntəzəm olaraq "İnterpol istismarı" adlandırdıqları "şəxslərlə əlaqəli" olmaqda və siyasi rəqiblər, müxaliflər və jurnalistləri susdurmaqda" ittiham edib.

Kreml səsvermənin "görünməmiş təzyiq" şəraitində keçdiyini söyləyib, lakin nəticəni qəbul etməmək üçün heç bir səbəbın olmadığını bildirib.

XS
SM
MD
LG