Accessibility links

"İnterstellar" filmi bizim qalaktikadan kənarda baş verənlərdən danışır


İnterstellar - Bəşəriyyəti xilas etmək istəyənlər
please wait

No media source currently available

0:00 0:04:24 0:00

Məşhur kinorejissor Kristoger Nolanın yeni fəlsəfi dramtik Interstellar filmi bizim qalaktikadan kənarda baş verənlərdən danışır. Onun kəskin süjet xətti və yüksək keyfiyyətli kinematoqrafiyası, heyranedici musiqisi İMAX ekranlarında fəza tədqiqatına yeni üfüqlər açır.

Vaxtilə pilot olan və sonradan fermerə çevrilən Kuper Yer Kürəsinin, insanlığın öldüyünü görür. Yaxın gələcəkdə iqlim dəyişikliyi kənd təsərrüfatının məhvinə səbəb olacaq və kütləvi aclıq başlayacaq.

Kuperin müəllimi olmuş professor Brand bizim qalaktikadan başqa digər həyat olan planetləri aşkar etmək üçün ona kosmosun gizli proqramını öyrətməyə başlayır. Kuper seçim qarşısındadır - o, uşaqlarını o qədər sevir ki, nə onları qoyub gedə bilir, nə də onların acından ölmələrinə razı ola bilir.

Kinorejissor Kristofer Nolan kosmonavtları soyuq, naməlum boşluğa yollayır. Onlar bu nəhəng kainatda mənasız varlıqlar kimi görünür. Lakin onların bəşəriyyəti xilas etmək arzusu çox böyükdür. Onlar yeni eraya həyat gətirən ilk insanlardır.

“Mən bu filmə 7 yaşında olarkən baxmışam. Məni bu filmə böyük ekranda baxmaq üçün atam aparmışdı. Bu, bütün karyeram boyu mənim beynimdə həmişəlik həkk oldu. Həmin o böyük ekranda olduğu kimi, bu səni kainata aparır. Interstellar-i çəkməklə mən də bu gün uşaqlara həmin hissləri çatdırmaq istədim.” deyə, rejissor bildirir.

Interstellar tamaşaçını böyük sürətlə dar və qara yollardan keçirir. Lakin onun bu kosmosdan danışan filmində biz ata ilə qızının sevgisini də görürük.

Müxtəlif yalanlar danışmalı olan və konfliktlli, evladlarını bird aha görməmək qorxusu ilə yaşayan Kuperi aktyor Mətyu Makkonahi oynayır. “Burada söhbət cəsarətdən və axtarışdan gedir. Və bu bizə imkanlarımızın bildiyimizdən daha çox olduğunu bilməmizə imkan verir. Burada biz potensialımızın nə qədər çox olduğunu öyrənir və özümüzə inanırıq.”

Ann Hatavey qayıtmayacağını bilərək kosmosa gedən professor Brabdsin qızı Ameliyanı oynayır. O, filmdəki rolunun çox emosional və cəlbedici olduğunu deyir. “Mən oğlan kimiyəm. Amma bu filmdə kişilər arasında yeganə qız olmaq bir az qəribə idi.”

Aktrisa Cessika Çeysteyn Kuperin qızı Mörfini oynayır. O özünü böyük kimi aparır və bəşəriyyəti xilas etməyə çalışır. “Bu, ağıllı, bacarıqlı obrazdır ki ətrafında baş verənləri qavrayır. Qadınlar ağıllı və bacarıqlı ola bilər, amma emosional olmaq olmaz.

Tamaşaçılara MementoInception kimi filmlər bəxş etmiş rejissor Kristofer Nolan kəsə yollardan istifadə etmir. Onun azsaylı komandası fəzada ən gözlənilməz olaylarla müşayiət olunan səyahətini davam etdirdikcə tamaşaçı büsbütün süjet xəttinə cəlb olunur. Interstellar titanik həcmli bir filmdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG