Accessibility links

Azərsu: Su-kanalizasiya xidmətlərinin maya dəyəri satış qiymətindən 2 dəfə çoxdur


"Azərsu" ASC
"Azərsu" ASC

2017-ci ildə 1 kubmetr su-kanalizasiya xidmətlərinə görə maya dəyəri satış qiymətilə müqayisədə 2 dəfə çox olub. Bu barədə "Azərsu" ASC-nin 2017-ci ilin yekunları ilə bağlı maliyyə hesabatında bildirib.

Hesabatda deyilir ki, 1 kubmetr su-kanalizasiya xidmətlinin maya dəyəri 1,17 manat təşkil edib.

"Maliyyə ilində əməliyyat zərəri olub, pul vəsaitlərinin dövriyyəsində kəsir olub. Buna səbəb Tarif Şurasının müəyyən etdiyi tariflərdir ki, bunlar da maya dəyərindən aşağıdır", "Azərsu"nun hesabatında deyilir.

Məlumatda qeyd olunur ki, maya dəyəri 1,41 manat, satışa görə orta qiymət 0,74 manat olub.

İqtisadçı Natiq Cəfərli Facebook səhifəsində yazıb ki, "Azərsu" suyu maya dəyərindən 2 dəfə az satdığını bəyan edir, ancaq maya dəyərinin özü necə hesablanır onu açıqlamır.

"Xətləri büdcə vəsaitinin hesabına çəkirlər, dövlət büdcəsindən dotasiya və vergi güzəşti alırlar (bəzən vergi borcları ləğv olunur), suyun özü isə Kürdən gəlir, Qəbələ-Oğuz-Bakı xətti ilə suyun özü axır. Hansı səbəbdən "Azərsu" zərərlə işləməlidir?" ekspert sual edir.

İqtisadçı qeyd edib ki, "Azərsu"da üç beynəlxalq layihə üzrə çalışıb və gördüklərimiz deməyə əsas verir ki, zərərə səbəb düzgün olmayan menecmentdir.

"Şirkətdə 10 mindən çox adam çalışır. Əslində 2 min nəfər çalışır, qalanları isə şirkət rəhbərlərinin qohumlarıdır və boş yerə pul alırlar. "Sədərək" yarmarkasında bir metri 80 qəpiyə satılan şlanq "Azərsu"da 7 manata sənədləşdirilir. İl ərzində təmir-tikinti işlərində mənimsəmələrin həcmi Rusiyanın 300 il ərzində Qızıl Ordaya ödədiyi xəracı ötür. Belə olan şəraitdə suyun maya dəyərinin mətləbə dəxli yoxdur", N.Cəfərli yazır.

İqtisadşı Toğrul Maşallı isə bildirib ki, 2017-ci il ərzində su kəməri şəbəkəsinə 553 milyon kubometr su vurulub.

“Eyni zamanda istehlakçılara 260 milyon kubometr su verilib. Verilən suyun qalan hissəsi, 292 milyon kubometri və ya 52,9% (2016-ci ildə 51% olmuşdu), “öz ehtiyaclarına, həmçinin uçota alınmayan və itirilən su məsrəfləri”nə aid edilib”, iqtisadçlı facebook səhifəsində yazıb.

“Azərsu” ASC maya dəyərinin hansı faktorlara hesablanması ilə bağlı hələ açıqlama verməyib.

Rəsmi məlumata görə, “Azərsu” ASC ölkə üzrə 1413661 abunəçini içməli su ilə təmin edir. Bunlardan 1354783-ü əhali, 58878-i isə qeyri-əhali istehlakçılarıdır.

Cəmiyyətin balansında 18244 km uzunluğunda su, 3507 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır.

1 yanvar 2018-сi il tarixə "Azərsu" ASC üzrə işçi sayı 12 500 nəfərdir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG